Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fikrət Qocanın xatirə gecəsi keçirilib


Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın vəfatının birinci ildönümü ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Şerimizin səssiz səsiyəm” adlı iki hissəli tədbir keçirilib.
Yenixeber.org: Tədbirin birinci hissəsi əvvəlcə Göyçay rayonunda yerləşən “Ədiblər parkı”nda şair və yazıçıların büstlərinin önündə ədəbi-bədii kompazisiya ilə keçirilib.

Tədbirin  ikinci hissəsi isə Ağdaş rayon Heydər Əliyev Mərkəzində xatirə gecəsi adı ilə Fikrət Qoca sevərlərə təqdim olunub.
Tədbirin aparıcısı, bədii qiraət sənətinin bənzərsiz nümayəndələrindən biri, Əməkdar artist, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramov yanıqlı və ürəyəyatımlı səsilə tədbirə daha da rəngarənglik qatıb.
Yaddaşlarda iz buraxan tədbirdə çıxış edən Xalq yazıçısı Anar F. Qoca haqqında danışaraq onu yalnız bənzərsiz sənətkar, dillər əzbəri olmuş şeirlərin müəllifi kimi yox, həm də nadir bir insan kimi qiymətləndirərək, alicənab və gözü tox şəxsiyyət kimi, etibarlı dost kimi sevdiklərini dilə gətirib.
Ölkənin və regionun tanınmış şair və yazıçılarının, incəsənət xadimlərinin iştirakı ilə keçirilən xatirə gecəsi paytaxtdan gəlmiş Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin və digər incəsənət nümayəndələrinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət geniş konsert proqramı ilə davam edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam