Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

LƏTİFƏLƏR

                                                                                                                   

               

                                                                                                                                                           Adam öldürmüşəm

 Hakim müttəhimə:

-Meyiti sən öldürmüsən?

- Yox.

-Axı ekspertiza sənin əl izlərini tapıb.

-Doğrudur.

-Bəs onda niyə danırsan?

-Cənab hakim, mən meyiti yox, canlı adamı öldürmüşəm.

                                       Arvadı

Məmmədəlini polis tutur. Arvadı etiraz edir.

Polis soruşur:

-Sən kimsən?

-Mən bu kişinin sənədli, sübutlu arvadı.

-Məgər sənədsiz də arvad olur?

-Onu kişilərdən soruşun.

                                               Rahat istirahət

Bir kiçi o birinə:

-İstəyirəm bu il arvad da, mən də istirahətimizi rahat keçirək.

- Necə?

-O, öz atası evində, mən də öz atam evində.

                                                   Səninki insaflıdır

Təzə ərə getmiş iki rəfiqə küçədə rastlaşır.

Biri o birindən soruşur:

-Ərin sənə necə baxır?

-Danışma, gün verir, işıq vermir.

- AZ səninki insaflıdır ki, heç olmasa birini verir. Mənimki nə gün verir, nə də işıq.

                                          Getməyinə dəyməz

Biri məhəllədəki mağazadan nisyə qənd almaq istəyir.

Satıcı:

-Dədəm də gəlsə vermərəm.

-Dədən hardadır ki?

-O dünyada.

-Mən də olsam vermərəm.Ona görə ki, bir kilo qəndin puluna görə ora getməyinə dəyməz.

                                                 Eyvanda

İki rəfiqə söhbət edir. Biri o birindən soruşur:

-Qayınatan ev işlərində əlindən tutur?

-Əlbəttə.Bazarlıq edir, uşaqları məktəbə aparıb gətirir, zibili atır...

-Harda yatır?

-Eyvanda.

-Eyvanda?

-Səncə harda yatmalıdır ki?

                                        Niyə ölməmisən?

Nəvə babasından soruşur:

-Baba, saçların niyə ağarıb?

-Qocalmışam.

-Qocalanda adamın saçı ağarır?

-Saçı ağarır, dişi tökülür, beli əyilir...

-Baba, sonra nə olur?

-Ölür.

Bəs sən niyə ölməmisən?

                                                  Tək gedirsən

 Məmmədəli dostundan soruşur:

-Ə. Həsənqulu, nə var, nə yox, çoxdandı görünmürsən?

-Xəbərin olmadı, o gün gedib o dünyanı görüb gəlmişəm.

-Beləsən də, həmişə gəzməyə tək gedirsən.

                                             Ümid eləmir

 Tibb bacısı xəstə ilə həkim arasında vasitçilik edir.

-Siz deyən qiymətlə həkim razılaşmadı. Dedi, bir şərtlə razı olaram ki, pulu qabaqcadan versin.

-Elə niyə?

-Çünki sağ qalacağınıza ümid eləmir.

                                                    Vaxtımdır

 Oğlan təzə tanış olduğu qızdan soruşur:

-Neçə yaşın var?

Qız əlüstü cavab verir:

-Ərə gedən vaxtımdır.

                                                       Gündə yüz yol...

Məmmədəli eşşəyinə “adam” deyə müraciət edir, oğlu qayıdır ki:

-Ata, ona niyə “adam” deyirsən?

Atasından qabaq eşşək dillənir:

-Ə, siz bir- birinizə gündə yüz yol “eşşək” deyirsiniz. Mən incimirəm. Mənə bir dəfə “adam” deyəndə nolur?

                                                          Hara kimi?

 -Ay Məmmədəli, deyirlər müxalifət yürüş keçirir.

- bilmirsən, hara kimi?

                                                      Yox

 Məmmədəli illərlə işsiz olan dostuna zəng edib soruşur:

-Ə, hələ də evdə oturmusan?

-Yox, hərdən həyətə də düşürəm.

                                                   Rəisimizindir

 Məmmədəli Nəsənqulunun əlindəki kitabı görüb soruşur:

-Bəs deyirdilər, heç kim, heç kimin kitabını oxumur?

-Ə, bu heç kimin deyil, rəisimizindir.

                                 Cahil sən deyilsən

Bir nəfər dövlət idarəsinə gedir. Orda ondan soruşurlar:

-Adın nədir?

-Cahil.

-Bu adı sənə kim qoyub?

- Atam Kamil.

-O, Kamil deyil, əsil Cahildir.

                                      Dəyər vermirlər

Ata oğlundan soruşur:

-A bala, dərsini oxumusan?

-Yox.

-Niyə?

-Daha oxumayacam. Çünki bizdə oxuyana dəyər vermirlər. Verilsəydi, sən ali təhsilin ola- ola kəndin qoynunu otarmazdın.

                                         Çəkmir

 Məmmədəli yol keçirmiş. Sürətlə gələn maşın az qalır ki, onu vursun. Yolu ləng keçən Məmmədəliyə əsəbləşən sürücü deyir:

-A kişi, bir az əlli yeriyə bilmirsən?

-A bala, sənin altındakının motoruna baxma. Mənimki köhnəlib, yaxşı çəkmir.

                                           Evdə cırarıq

 Gənc ər- arvad paltar mağazasına girirlər. Gənc xanım satıcıdan soruşur:

-Sizdə dizləri cırıq şalvar var?

-Bizdə təzə mallar satılır.

 Oğlan xanımına:

-Eybi yox. Təzəsini alaq, aparıb evdə istəyinə uyğun düzəldərik.

                                    Oğurluğa gedirdin?

İşsizlikdən günortaya kimi yatan oğluna atası deyir:

-A bala, bu qədər yatarlar? Mən sənin vaxtında heç gecə də yatmırdım.

-Ata, görünür, gecələr oğurluğa gedirmişsən, eləmi?

                                        Qudurub

Məmmədəli dostu Həsənquluya:

-Ə, başın haqqı, filan məmur o qədər qudurub ki, heç ədalət- filan da tanımır.

- Vay, başıma xeyir. Bu günlərdə mən onun bacısı oğlu Ədalətə demişdim ki, dayısına desin, bizim uşağa yanında bir iş versin. Demək, alınmayacaq?

                                          İstidir

 Məmmədəli kənddən qonaq gələn bir dostunu soyuq havada dənizə çimməyə aparır. Dostu əlini suya salanda görür ki, su istidir. Deyir:

           -Ə, Məmmədəli, maşallah, su nə yaxşı istidir?

-İsti olar də. Beş sahilyanı ölkənin qazı Xəzərdən çıxmır, bəyəm?

- Deyirəm, axı! Nə olaydı, o qazdan bir azını da bizim kəndə verəydilər. Heç olmasa, çayımızı qaynadıb, xörəyimizi bişirə biləydik.

                                                    Sən bəyənən qızdı

 Məmmədəlinin kiçik oğlu evlənəndən sonra şəhərə köçdü. Üstündən bir neçə ay keçmiş kişi arvadı da qoltuğuna vurub cütlüyü yoluxmağa getdi. Qapını əyni dar şalvarlı, saçı qısa qırxılmış bir qız açdı. İlk görüşdən gəlni tanımayan Məmmədəli tez oğlunu çağrıb soruşdu:

-Ə, qırışmal, arvadı nə tez dəyişdin?

-Dəyişməmişəm, ay dədə. Elə sənin bəyənib mənə aldığın qızdır.

                                                         Yoxlayıram

 Məmmədəli kənddən oğlugilə gəlir. Yolu piyadalar  üçün qadağan olunmuş yerdənkeçəndə polis nəfəri fit çalıb onu saxlayır:

-A kişi, qaydanı niyə pozursan?

-Pozmuram, a bala, sənin işə necə canyandırmanı yoxlayıram.

                                                                            Sazla deyəcəm

 Məmmədəli dədəsindən qalmış köhnə sazı çiyninə açırıb icra hakimiyyətinə gedəndə yolda Həsənquluya rast gəlir. Həsənqulu soruşur:

-Toya gedirsən?

-Yox, İcra hakimiyyətinə. SSözümü deyəcəm.

-Sazla?

Hə, sözlə çox demişəm, nəticəsi olmayıb.

                                                                   Piyada gəldim

 Müəllim:

-A bala, dərsə niyə gecikmisən?

-Müəllim, avtobusa verməyə pulum olmadı, piyada gəldim.

-Otur bala, elə mən də sənin günündəyəm.

                                                     Heç neçə

 Məmmədəli ikinci sinifdə oxuyan nəvəsindən soruşur:

-İndi mənim 55 yaşım var, beş ildən sonra neçə olacaq?

- Heç neçə.

-Niyə?

-Atam deyir ki, bizim nəsildə 60 yaşa çatan olmayıb.

Məhərrəm Şəmkirli.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam