DİN “QARDAŞINA” ARXA ÇEVİRƏN İRAN
Uzun illər bundan qabaq İranın bizə qarşı olan kin- küdrətindən, İsraillə olan münasibətlərimizdən qıcıqlanan, qısqanan, hətta Heydər Əliyevin o vaxt hərbi paratda Azərbaycan qrıcılarını səmaya qaldırmasından qorxuya düşüb Azərbaycan sərhəddinə qoşun toplamasından bir yazı yazmışdım. Və bu yazımda Molla rejminə qarşı bununla bağlı öz iradlarımı bildirmişdim. Bu gün də 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbəmizi fars şovinistləri həzm edə bilmir, bizə və Türkiyəyə qarşı geniş formada düşmən münasibət sərgiləyirlər. Onların həyasızlığı, din qardaşlığı o yerə çatdı ki, Qarabağ zəfərimizin ildönümündə sərhəddimizdə geniş miqyaslı təlimə başladılar. Və mən yeni bir yazı yazmağa məcbur oldum.
Biz 30 ildir ki, müstəqillik əldə etmişik. Dünyanın onlarla dövlətində səfirliyimizi və konsulluğumuzu açmışıq. Beynəlxalq təşkilatlara üzv olmuşuq. Prezident başda olmaqla böyük nümayəndə heyyətləri ilə ölkələrə rəsmi səfərlərə gedirik, iki tərəfli müqavilələr imzalayırıq. Eyni zamanda başqa ölkələrin yüksək səviyyəli dövlət və hökumət başçılarını qəbul edirik. Bir sözlə, müstəqilliyimizin bəhrələrini görürük.
Yanılmıramsa bu illərdə nə Azərbaycanın, nə də İsrailin dövlət və hökumət başçılarının bir- birlərinə qarşılıqlı səfərləri olmayıb. Amma yox, 2009-cu ilin iyul ayında İsrail prezidenti Şiron Peres Azərbaycana ilk səfərini eləyib. Bu səfərdə nələrin müzakirə olunduğu hamıya məlumdur. İki ölkə arasında diplomatik münasibətlərin və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi gündəmdə olub. Beynəlxalq qanunlara görə, hər bir dövlətin istədiyi dövlətlə münasibətlərini normal qurmaq hüququ var. Amma başqa bir beynlxalq qanuna görə işğalçı bir dövlətlə işbirliyi qurmaq, ona silah- sursatla, qida maddələrilə kömək etmək yasaqdır. Bu yasağa məhəl qoymayan İran Ermənistana hər zaman yardım edib, ona maddi- texniki kömək göstərib.
O vaxtı bu yazını yazmaqda məqsədim heç də beynəlxalq qanuları şərh etmək yox, konkret qonşu İran dövlətinin İsrail prezidentinin Azərbaycana ilk səfərinə kəskin reaksiya verməsi idi. Qıcıq dozası o qədər çox olmuşdu ki, İran Silahlı Qüvvələri Baş Qərərgahının rəisi dizim daxili işimizə qarışmaqdan belə çəkinməmişdi. Bakıya bu işdə “diqqətli” olmaq ismarıncını belə göndərmişdi. Rəis onu da göstərmişdi ki, Şimon Peresin Azərbaycana səfəri iki qonşu, dost ölkənin, dindaş ölkənin tarixi dostluğuna belə xələl gətirə bilər.
Bu yerdə adamın yadına başına dındüyüm atalarımızın gözəl bir deyimi düşür: “Öz gözündə tiri görmür, özgənin gözündə tük axtarır.” 30 ildə Ermənistana nəfəs verən, onu ölməyə, diz çökməyə qoymayan, qolundan tutub ayağa qaldıran, sonra da doğma qardaşını bağrına basan kimi bağrına basıb üzündən öpüb, göz yaşını silən, “Mən sənin arxandayam, qorxma. Azərbaycanlıları uşaqdan böyüyünə kimi hamsını! Sil o milləti yer üzündən. Onlar sizin qatı düşməninin olduğu kimi bizim də düşmənimizdir”- deyən, bizi özünə “qardaş” sayan şərəfsiz bir millətdir.
Aradan illər keçib və həmin olay unudulub gedib. Amma gərək unudulmasın. Molla rejmi heç vaxt bizimlə nə dost olub, nə də din qardaşı. Hər zaman bizə qarşı əlindən nə gəlibsə, nəyi bacarıbsa onu da eləyib. Onlar bizə din bir qardaş deyəndə iyrənmişəm, ürəyim qalxıb. Onların boğazdan yuxarı dedikləri din “qardaş”lığı yox, düşmənçilikdir. Mənim boğazıma diri ilan salsalar da İran İslam Respublikasının müsəlman dininə sitayiş etdiklərinə zərrə qədər də inanmaram. İran İslam Respublikası elə Xristian İran Respublikasıdır. Bunun başqa adı yoxdur.
Ay fars şovinistləri, bəs onda nətəhər olur, dinbir qardaşının 20% torpağını işğql edən, bəşəriyyət tarixində görünməyən Xocalı soyqırımını törədən, bir milyon insanını qaçqın, köçkün salan, mədəniyyət ocaqlarını, tarixi abidələrini, qəbiristanlıqlarını, məscidlərini, inam ocaqlarını, pirləri dağıdıb yerlə- yeksan edən vəhşi, barbar bir ölkəylə cici- bacılıq edirsiniz?.
Prezidentinizdən tutmuş kiçik dövlət məmurlarınıza kimi gedib- gəlməkdən İrəvan yolunu yağır edib su yoluna döndərmisiniz. Əlinizdən gələn, kisənizdən çıxan köməyi işğalçı dövlətə, onun törəməsi olan Qarabağdakı quldur dəstələrinə göstərirsiniz. Yeni- yeni layihələr- dəmir yolu, qaz xətti üzərində işləyirsiniz. Hətta iş o yerə çatıb ki, onlarla birlikdə saxtakarlıq da edirsiniz. İrəvanın mərkəzindəki tarixi Azərbaycan məscidi olan Göy məscidi “İran məscidi” adı ilə təmir edirsiniz. Heç utanıb, qızarırsınız, xəcalət çəkirsiniz? Qeyrət dediyiniz o qeyrətsiz çalmanızı qabağınıza qoyun və fikirləşin, siz nə vaxt İrəvanda yaşamısınız və Allah evi tikmisiniz? Axı siz Allahsızsınız. Allahlı olsaydınız, Allahın evini dağıdan, orda mal-qara saxlayan, donuz bəsləyən bir milləti özünüzə dost və qardaş bilməzdiniz. Hər zaman bizə üzdə dost, qardaş deyib, arxadan kürəyimizə xəncər saplauyan siz deyilmisiniz?
Heç uzağa getməyək, 44 günlük Vətən müharibəsini və ondan sonrakı dövrü götürək. 30 il dədə- baba torpaqlarımız, o torpaqlarda olan məscidlərimiz murdar erməni tapdağında olanda din qardaşlarınıza- bizə hans maddi və mənəvi köməyi göstərdiniz? Heç bir. Biz torpaqlarımızı qanımız, canımız bahasına erməni və onların sizin kimi havadarlarının işğalından azad edəndə haqqı tanıyanlar da, tanımayanlar da Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdilər. Siz susdunuz, içinizdən qırılıb çilik- çilik oldunuz. Bu gün niyə xristian dövlətləri müsəlman dövlətlərinin insanlarını terrorçu kimi qələmə verirlər? Ona görə ki, müsəlman dövlətlərinin içində sizin kimi nankor, dindaşına, qonşusuna arxa çevrən, “qardaş” var. Bizim müzəffər və möhtəşəm qələbəmizi həzm edə bilmirsiniz, qarnınıza sancı dolub. Bizim ziyanımıza hər alçaqlığa, hər nakişiliyə əl atırsınız.
Əgər doğurdan da siz bizə dost və qardaş ölkəsinizsə, bəs onda niyə doğma və tarixi torpağında 35 milyonluq bir xalqın ən elementar hüquqlarını öz fars şovinistliyinizin və molla rejminizin qurbanına çevirmisiniz?!
Hanı belə bir böyük xalqın ana dilində məktəbi, mətbuatı, televiziyası? Niyə bir ovuc erməninin məktəbi, qəzet- jurnalı, elektron informasiya vasitələri olur, 35 milyonluq azərbaycan türklərinin yox!
Sizlər illərdir Qarabağ düyününü dilə gətirsəniz də, heç vaxt istəməmisiniz ki, bu düyün açılsın. Əksinə düyün üstündən düyün vurmusunuz. Çünki əsrlər keçsə də Azərbaycan xalqının bütöv olmaq, qovuşmaq arzusu itməyib. Siz bu qovuşmaqdan, bu bütövlükdən çox qorxursunuz. Bu bütövlük mütləq olacaq, özü də tezliklə.
Sizin dərdiniz Fələstində (onu da deyim ki, elə Fələstin də sizin kimi nankor və ipi qırıqdı) İsrail əsgərləri tərəfindən tökülən insan qanları olsaydı, elə kar qulağınızın dibində kor gözünüzün önündə ermənilər tərəfindən sizə tarixi, mədəni, dini baxımdan daha yaxın olan azərbaycanlıları görərdiniz. Sizin bir arzunuz, bir amalınız var. Azərbaycan inkişaf etməsin, başı erməni işğalından ayılmasın. Məhz bu arzularınızın həyata keçməsi üçün də erməniyə dayı deyirsiniz. Nə sizin, nə də dayınızın bu dünyada yeri yoxdur. Geci- tezi var dünya sizi çıxdaş edəcək.
Allın o günü yoxdur ki, İran rəsmiləri böhtan atıb, qara yaxmasın. Yalançılığı, böhtançılığı özlərinə peşə edən bu “islam” dövləti bilmir ki, onun etiqad etdiyi din yalanı, böhtanı qəbul etmir? Gözəl bilir. Amma bildiyinə əməl etmir. Çünki dinin dən, məshəbindən ayrılıb. Bu gün dünya niyə uçurum astanasındadır? Ona görə ki, dünya bir üzlü deyil, min sifəti var. Min sifətlilərdən də nə desən gözləmək olar. Təkcə ədalətdən, həqiqətdən, vicdandan başqa. İran XİN Azərbaycana- “dost və qardaş” ölkəyə hədə- qorxu gələn, hədyanlar deyən və birdən “val”ı dəyişərək, “Qonşularla əlaqələrin inkişaf etdirilməsi İranın yeni hökumətinin başlıca priontetlərində biridir” açıqlamasını verən siyasidən nə gözləmək olar? Hətta o, daha irəli gedərək deyir ki, Bakı və İrəvanı dost kimi ziyarət edə bilərəm. Baxın, baxın, bunların bir olmayan, min olan sifətlərinə. Onlar bu sifətləri ilə özlərinə dost yox, düşmən qazanırlar.
Məhərrəm Şəmkirli