Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

  Həyatın gedişatı bizə fərəh vermir, onu özümüz yaratmalıyıq

 

Yenixeber.org: Bir ay öncə korona havası mənə də dəydi. Bu vaxtacan başqalarında görmüşdüm. Başımı – ayıqlığımı itirmədim. Qaydalara – karantinə əməl etdim. Həkim dostların dedikləri köməyim oldu. Həyəcanlı danışırdılar, qayğılanırdılar, misallar gətirirdilər...

Hamısının insanpərvərliyini dəyərləndirirəm.

***

Müalicənin qaynağı əslində insanın orqanizminin nə dərəcədə güclü olmasıdır. Xəstəlik – insanın halını, iradəsini yoxlamaq üçün ölçü də sayıla bilər. Əlbəttə, elə məqamlar olur, iradəni də qınamaq olmur... Az qala qəfil üzə çıxır, qripdən təsəvvürəgəlməz dərəcədə fərqlidir həm də. Fəsadları gözlənilməzdir...

Çoxlu maye içdim, idman hərəkətləri etdim, bir neçə reseptdən uyğun olanlarını qəbul etdim. Əsas isə ardıcıl olaraq nəfəs alıb-verməni kökdə saxladım. İybilmə, dadbilmə gec qayıtdı. Qrip əlamətləri də vardı.

Hər iki vaksini vurdurmuşdum. Təbii olaraq həmişə evdə oturmaq olmur, nə qədər qorunsan da, virusun tüğyan eləyən vaxtı yoluxmaq beləcə qaçılmaz olur.

Düşünürəm ki, orqanizmi güclü olmayanlar nə çəkib, çəkir. Üstəlik, xəstələnənlərin doğmalarının həyəcanları, ağrıları, maddi itkilər, ailələrdə ard-arda yoluxmalar...

Yaxın dostların, qohumların, tanışların xəstələnməsini, öldüyünü eşitmək ağırdır, üzücüdür. Ancaq həyat ard etməlidir, dayanmaq olmaz.

***

Yaxmanın cavabı 3-4 günə gəldi, karantinin bitməsi bildirişi də karantindən 2 gün sonra. Vaxtında müalicəyə başladım. Poliklinikadan dərman ala bilmədim,

dedilər gecikmisiniz. Zəng edib adımı soruşdular, sağlıq durumumu yox. Yoluxanların çox olmasıyla əsaslandırdılar.

Uman yerdən küsərlər. Küsmədim.

***

Bu olaydan öncə hər səhər çiy ilıq su içirdim, hər gün meyvə-tərəvəz yeyirdim. Ayrıca sarımsaq-limona üstünlük verir, günəş vannası qəbul edirdim.

Bədənin gözlənilməzliyi, etibarsızlığı var, bilirəm, ancaq qətiyyən ümidsizləşmirəm. “Xəstəlik – Sağlamlıq dərsi”dir (Asif Ata).

Hər halda artıq illər öncə tərgitdiyim idmana (turnikdə sallanmaq, müxtəlif hərəkətlər) qayıtdım.

İllərdir ayrıca olaraq qaydalı şəkildə nəfəsi alıb-verməyi vərdişə çevirmişəm.

Hər halda dünyanın halının daha da pisləşməyə doğru getdiyi (ekoloji durum, qidanın keyfiyyətinin pisləşməsi, çoxçeşidli informasiyanın gətirdiyi gərginliklər) bir vaxtda çıxış yolu İnsanın ardıcıl olaraq özünə - özümlüyünə üz tutmasıdır. Ən çətin durumlarda Ruh-Bədən birliyini yaratmağım köməyimə gəlib. Bədən gerçəkliklə bağlıdır, hətta ildə bir neçə dəfə xəstələnmələr belə bizi ümidsizliyə salmamalıdır. İnsanın tükənməyən mənəvi imkanları var, bu imkanları ardıcıl aşkara çıxarmaq, Bədəni gücləndirmək gərəkdir.

Başlıcası, insanın ardıcıl fərəhli olması şərtdir. Həyatın gedişatı bizə fərəh vermir, onu özümüz yaratmalıyıq.

Hər birinizə fərəhli günlər, sağlıq diləyirəm.

 

 

 

 

 

 

 

İşıqlı Atalı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam