İSTEHSALÇILARIN HÜQUQUNU POZMUSAN
Yenixeber.org: Yaşlı vergi müfəttişi dilxor- dilxor yaxınlıqdakı kiçik dükana gedirdi. Dilxor olmağının da səbəbi son iki gündə girdiyi mağazalardan əli ətəyindən uzun çıxmağı idi. Hər şey cəhənnəm, arvadı Nazanın (əzizləmək üçün Nazlıya ta nişanlı vaxtlarından Naza deyirdi) danlağını sinirə bilmirdi. Hər dəfə evə əli ətəyindən uzun gedəndə Naza ona nə qalırdı deməmiş? Hətta bacarıqsızlığına,əfəlliyinə görə ələ salırdı, məsxərəyə qoyurdu, uşaq kimi qarşısına qoyub danlayırdı: - Sənlə işləyənlərin top dağıtmaz evləri, bahalı maşınları şəhər camaatının ağzında dolaşır, sənin isə bacarıqsızlığın, əfəlliyin ələ salınır, məsxərəyə qoyulur. Heç utanırsan, qonum- qonşudan?- deyə yazığı quru yuyub yaş sərirdi.
Yazıq müfəttiş neyləsin, dərdini kimə desin? Bizdə görünməyən şey, son vaxtlar mağazalar doğru- dürüst işləyirlər. Hökumətin vergisini də vaxtlı-vaxtında ödəyirlər,kassalar var, mallar rəflərə səliyqəylə yığılıb, qiymətləri də üstündə. Karantin qaydalarına yüzdə yüz əməl olunur. Bəs mən köpək oğlu, bu köpək oğullarında nə noqsan tutum? Fikirlər burulğanında özünü xilas etmək üçün çarpışan müfəttiş axır ki, gəlib mağazaya çatdı. Qapını açıb içəri girdi. Satıcıya salam verib keçib rəflərin arasında gəzməyə başladı. Gözünə əyri bir şey görünmədi. Qayıdıb girəcəkdə kassanın arxasında oturmuş təbəssümlü qızdan sahibkarı soruşdu. Elə bu vaxt sahibkar kassanın yanındakı alıcıya oxşamayan adama yaxınlaşdı. Təbəssümlü qız:
-Müəliim, bu yoldaş sizi istəyir.
-Buyrun, eşidirəm,mənə görə nə qulluq?- deyə sahibkar yad adamdan soruşdu.
Vergi müfəttişi qarşısındakına salam verib özünü təqdim elədi:
-Mən vergi müfəttişiyəm,adım Nöqsan,soyum Axtaranovdur. Mağazanın sənədlərinə baxmalıyam.
-Buyrun,gedək mənim otağıma, sənədlər ordadı.
Vergi müfəttişi sahibkarın ona verdiyi sənədləri bitdə- bitdə gözdən keçirdi. Bütün kağız-kuğuzlar qaydasındadır,- deyə müfəttiş öz- özünə donquldamağa başladı. İlahi, Nazaya mən nə cavab verəcəm? Bir çıxış yolu tapıb sahibkardan bir şey qopartmalıyam. Yoxsa Naza məni yıxıb sürüyəcək,-deyə içində öz- özüylə danışdı. Birdən üzü güldü,qaş-qabağı açıldı. Müfəttişin sifətindəki dəyşiriklik sahibkarın gözündən yayınmadı:
-Cənab müfəttiş, nə oldu?- deyə ondan soruşdu.
-Heç, metran var?
-Var.
-Götür gedək.
-Hara?
-Götür,arxamca gəl.
Müfəttiş qabaqda, sahibkar da onun arxasınca gedib mağazanın nə qədər məsafədə olduğunu göstərən dəmir lövhənin qarşısında dayandılar.
Müfəttiş:
-Metranı ver görüm.
Sahibkar əlindəki metranı müfəttişə verdi. Müşəttiş metranın ucunu sahibkara verib:
-Burdan mağazaya qədər olan məsafəni ölçəcəyik . Sahibkar başını yelləyə-yelləyə:
-Nə deyirəm ölçək.
Müfəttiş qabaqda,sahibkar da onun arxaçınca lövhəylə mağaza arasındakı məsafəni ölçüb qurtardılar. Müfəttiş:
-Neçə metir oldu?
-12 metir.
-Reklam lövhəsində nə qədər yazılıb?
-10 metir.
-Demək illərdi ki,sən istehlakçıların hüququnu tapdalayıb onları iki metir aldatmısan. Buna görə də 200 manat cərimələnirsən.
Sahibkar üzünü göyə tutub:
-İlahi,daş yağdır.Gör kimlər vəzifə başındadırlar?!
Məhərrəm Şəmkirli