Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

"Sancılıb artıq" -Təranə Şəms

 
Uşaqtək özümdən küsən biriyəm,
Bu qəmzə, bu nazdır mənki bilmədim.
Özümdən, özümü soran dəliyəm,
Ağladan həyatla, gülə bilmədim.
****
Dərdimin, dərd yükü məndə dağ olur,
Alışıb yansamda külüm qarışmır.
Cismimdi əriyən dönüb yağ olur,
Qoxusu yayılır, gülüm barışmır.
****
Məndə bir gül idim aça bilərdim,
Gözlərim gülərdi ağlamazdı ki..
Sevərək birinə qaça bilərdim,
Könlümü ağladıb, dağlamazdı ki...
****
Mən idim təxtimi yıxıb dağıdan,
Yem idim sizlərə nələr unutdum.
Xəstəyəm, ürəyim yanır ağrıdan,
Abrıma sıxıldım, nələr uyutdum.
****
Sizlərə sözüm yox özümə yazıq,
Çox heyif, canımdan cana dəymədiz.
Allahın verdiyi dözümə yazıq,
Oynadıb ortada savaş vermədiz...
****
Mənimdə oxum var kamandan çıxan,
Tuşlanıb hədəfə qanrılıb artıq.
Ahım var, naləm var duamla uçan,
Canımdan, canına sancılıb artıq...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam