Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

"Yaşa Ərdoğan" -Təranə Şəms

 
Doğan günəşim, parla şəfəq saç,
Müsəlman əhlinə bütün dünyaya,
Yürü sən, zəfərlə haqq yolunu aç.
Söz ilə yerində kafiri boğan,
Mübarək yolun var, yaşa Ərdoğan!
****
Məzlumun səsisən görən gözüsən,
Adına heyranam ey sadə insan,
Haqqın, ədalətin elə özüsən.
Elimə, obama günəş tək doğan,
Mübarək yolun var, yaşa Ərdoğan!
****
Allahın təcəlli gücü var səndə,
Yerişin, duruşun düşmənə dağdı,
İslamın  güzgüsü, düzü var səndə.
Peyğəmbər  qılıncı düzlükdür ağan,
Mübarək yolun var, yaşa Ərdoğan!
****
Sən Türkün sözüsən TURAN öndədir,
Dağ kimi dayandın əzimli insan,
Dünyanı titrədən gücü səndədir.
Səsinlə, səs saldın budur bax,Turan,
Mübarək yolun var, yaşa Ərdoğan!
****
Vəsv edib yazaram sözüm tükənməz,
Hansından başlayım, hansını yazım?
Bilin ki, bu dostluq heç vaxt bitənməz.
Əlində sazınla sən olsan ozan,
Mübarək yolun var, yaşa Ərdoğan!...
****
Türkiyə adınla çiçəklənibdir,
Baxıram canıtək sevənlərin var.
Allahdan yoluna nur ələnibdir,
Düamın sirrini olmaz ki, pozan.
Mübarək yolun var  yaşa Ərdoğan!
Yaşa Ərdoğan, yaşa Ərdoğan!!!...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam