Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

ABŞ-da hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...

 

ABŞ-da 1,4 milyon nəfərlik mülki şəxsin bu ölkəyə məxsus hərbi hissələrdən birinə basqına hazırlaşması Pentaqonu qorxuya salıb.

Yenixeber.org:  Hərbi Hava Qüvvələri tarixin ən böyük hücumu ilə bağlı xəbərdarlıq yaydı.

Dünya mediasına istinadən xəbər verir ki, facebook sosial şəbəkəsində 1,4 milyon nəfər amerikalı 20 sentyabr tarixində Nevada ştatında yerləşən və yadplanetli cəsədlərinin saxlanıldığı iddia edən “Area 51” hərbi hissəsinə hücum edəcəklərini bildirib. Daha 1,1 milyon insan isə bu məsələdə tərəddüd etdiyini, fəqət yadplanetliləri görmək üçün istənilən an bu hücuma qatıla biləcəklərini bildirib.

Bu rəqəmlər qarşısında şoka düşən Pentaqon hərbi hissəni yüz minlərlə insanın hücumdan qorumaq üçün hərəkətə keçib. Əhaliyə bununla bağlı xəbərdarlıq edən Hərbi Hava Qüvvələrinin komandanlığı onları hərbi hissədən uzaq durmağa çağırıb. Xəbərdarlıqda bildirilib ki, hərbi hissəyə daxil olmağa çalışan hər kəsə qarşı güc tətbiq ediləcək.

Mümkün xəbərdarlıqla yanaşı Pentaqonun hərbi hissəsinin qorunması üçün əlavə tədbirlər görəcəyi ehtimal edilir. Bununla belə 20 sentyabr tarixində “Area 51” hərbi hissəsi ətrafında hərbçilərlə mülki insanların toqquşma ehtimalı yüksək olaraq qalmaqdadır. Əgər sözügedən basqın reallaşarsa, bu, hərb tarixində hərbi hissəyə edilən ən böyük hücum kimi yadda qalacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam