Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“İrana güc tətbiq edəcəyik”

 

                           Narahat Netenyahu- Obamaya xəbərdarlıq etdi

  "Xeberinfo.com": Dünya gücləri rəsmi Tel-Əvivin qəbul etmədiyi nüvə sazişini qəbul edəcəyi təqdirdə İsrail İrana qarşı güc tətbiqinin mümkünlüyünü nəzərdən keçirə bilər.

ANS-in məlumatına görə, bu barədə İsrail baş naziri Benyamin Netenyahu MSNBC kanalına müsahibəsində bildirib.

Netenyahu əmindir ki, ABŞ prezidenti Obamanın onun İranla nüvə proqramına dair “pis sövdələşmə” təsəvvürünü qəbul edib.

İsrail İranın uranın zənginləşdirilməsi və plutonium su reaktoru infrastrukturlarının tam demontajına nail olmaq istəyir. Məhz bu addım İsrail üçün İranın nüvə proqramının sülh yönlü olduğuna qarantdır. Lakin hazırki dövrdə İranda uranın zənginləşdirilməsindən ötrü minlərlə sentrifuq mövcuddur.

Bu sentrifuqlar “bir şeyə yararlıdır: silah materialı hazırlamaq üçün”- deyə Netenyahu bildirir.

Qeyd edək ki, çərşənbə günü iki ölkə (ABŞ-İsrail) başçısı və onların milli təhlükəsizlik üzrə müşavirlərinin oval ofisdə keçirdiyi görüşün əsas mövzusu İran və 5+1 (ABŞ, Böyük Britaniya, Fransa, Çin, RF, və Almaniya) danışıqları olub.

“Mən bir söz deyə bilərəm ki, İsrail həmişə müdafiə haqqını özündə saxlayır”- deyə Netenyahu pis sövdələşmə “imza və möhürlə” təsdiq olarsa höküməti nə edəcək sualına cavab verərkən bildirib.

Jurnalistin bu güc tətbiqinə gətirib çıxara bilərmi sualına isə Netenyahu “Mən hərbi əməliyyat seçimindən danışmayan yeganə israilliyəm”- deyə cavab verib.

Aparıcı Ərərb ölkələri ilə İsrailin yaxınlaşmasından da danışan Netenyahu qeyd edib ki, mülayim sünnü gücləri ilə əlaqələrin yaxşılaşması Fələstin administrasiyası ilə sülhə nail olmağa kömək edə bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam