Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Britaniya parlamenti müharibəyə səs verdi

 

 

 

    "Xeberinfo.com": Britaniya parlamenti ölkənin İslam Dövləti (İD) üzərinə raket zərbələri endirən beynəlxalq koalisiyaya qoşulmasına böyük səs çoxluğu ilə səs verib. İndi çox qısa müddətdə Britaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarələri İraqdakı İD mövqelərinə raket zərbələri endirməyə hazır olacaq. 
Nümayəndələr palatasından 524 leyhinə, 43 əleyhinə nisbəti ilə keçən qərar, hələlik yalnız cihadçıların İraqdakı obyektlərinə zərbə endirilməsinə icazə verir.
Lakin baş nazir David Cameron bildirib ki, hava zərbələrinin Suriya ərazisinə genişləndirilməsinə dair parlament səsverməsi qısa zamanda gündəmə gələcək.
Xəbər verilir ki, Kipr hərbi-hava bazasındakı Britaniya “Tornado”ları bombardman əməliyyatlarına artıq bu həftəsonu başlaya bilər.

“Psixopat terrorçular”

Olduqca emosional nitqində David Cameron deyib ki, “psixopat terrorçuların bizi öldürmək istədikləri vaxt, biz müşahidəçi kimi qala bilmərik”.
O deyib ki, İD təhlükəsi ilə bağlı təcili tədbirlər görülməzsə, tezliklə NATO üzvü olan Türkiyənin sərhədində terrorçu xilafət yaranacaq.
Bununla belə, Britaniya siyasətçiləri hökumətin orduda artıq üç ildir ki, davam edən ixtisarlar siyasətini pisləyirlər.

Təhlükəsizlik Şurasına ehtiyac yoxdur

David Cameronun tənqidçiləri bunu da vurğulayırlar ki, Qərbin sadəlövhcəsinə dəstəklədiyi Ərəb inqilabları Qərbin özünə qarşı çevrilib. Onlar deyirlər ki, İraq və Suriyada cihadizmin yayılmasında bu mənada Britaniyanın da günah payı var.
Britaniya parlamentindəki müxalifət əksəriyyətlə hava zərbələrinə səs versə də, hərbi əməliyyatların hüquqi çərçivəyə salınmasının zərurətini dilə gətirib.

 

Bununla belə, hökumət koalisiyasına daxil liberal-demokratlar bildirirlər ki, bombardmanlara hüquqi əsas axtarmaq, məsələni BMT Təhlükəsizlik Şurasımna gətirib çıxaracaq, orada isə Rusiya və Çin əyləşib.(azadlıq.org)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam