Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İSTANBULDA DƏHŞƏT -Gecə klubunda qətliam: 39 ölü! (VİDEO)

 

1

İstanbuldakı “Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 40 nəfər yaralanıb.

Xeberinfo.com:    Türk mətbuatına istinadən xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib.

Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.

Gecə klubunda qətliamı bir terrorçu tərəfindən törədildiyini Türkiyə daxili işlər naziri Süleyman Soylu da təsdiq edib.

S. Soylu deyib ki, bir qətliam törədilib. Olayda həyatını itirən 39 nəfərdən 4-ü də “Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam