Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Nüvə düyməsini Trampa etibar etmək olmaz”

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda kampaniya aparan Hillari Klinton deyib ki, Trampın seçilməsi “tarixi səhv” olardı.

Xeberinfo.com:   Demokratların ABŞ prezidentliyinə namizədlərinin yarışına liderlik edən Hillari Klinton respublikaçı rəqibini kəskin tənqid edərək deyib ki, Donald Tramp Ağ Evin sahibliyinə “uyğun” deyil və onun xarici siyasət ideyaları “təhlükəli şəkildə rabitəsizdir”.

İyunun 2-də özünün əsas xarici siyasət nitqini edən xanım Klinton çıxışının böyük hissəsini Trampın kəskin tənqidinə həsr edib.

O, habelə ABŞ-ın bütün dünya ilə münasibətlərini tənzimləyəcək xarici siyasəti özünün necə gördüyündən bəhs edib.

 

Tarixi səhv

Keçmiş dövlət katibi deyib ki, zəngin biznesmen və televizya şou ulduzu Trampın seçilməsi “böyük tarixi səhv” olardı.

Hillari Klinton əlavə edib ki, hökumət işində bir gün də çalışmayan Donald Tramp özünün çılğın və təlatümlü xarakteri ilə dövlət başçısı olmağa qətiyyən uyğun deyil.

“Bu elə bir adamdır ki, onun nüvə kodlarına malik olmasına yol verilməməlidir”, – deyib Kaliforniyanın San Dieqo şəhərində hərbçilər və onların ailələri qarşısında çıxış edən siyasətçi.

O deyib ki, Tramp “sadəcə olaraq kimdənsə xoşu gəlmədiyinə görə müharibəyə başlaya biləcək birisidir”.

Özünün dövlət katibi və birinci ledi kimi təcrübəyə malik olduğunu xatırladan senator Klinton ABŞ-ın xarici siyasətində artıq öz dəsti-xəttinə malik olduğunu dilə gətirib.

O Trampın xarici siyasət ideyalarının əslində heç ideya da olmadığını söyləyib. Hillari Klinton vurğulayıb ki, Donald Trampın ideya dediyi “silsilə çəfəng haray-qışqırıq, şəxsi ədavət və ağ yalandır”.

Trampın xarici siyasət barədə dediklərini rədd edən Klinton bildirib ki, Birləşmiş Ştatlar bütün dünyadakı müttəfiqlərini qoruyub saxlamağa çalışmalıdır.

Tramp çıxışlarından birində demişdi ki, o prezident olsa, başqa NATO üzvləri də hərbi alyansa çəkdikləri xərcləri artırmasalar, Vaşinqton o ölkələrin müdafiəsini onların öz öhdələrinə buraxacaq.

Hillari Klinton Trampı Moskvanın “Ukraynada hərbi təcavüz həyata keçirdiyi və Krımı ilhaq etdiyi bir vaxtda NATO müttəfiqlərini tək buraxmaqla” hədələməkdə ittiham edib.

O deyib ki, Tramp Çin və Rusiya kimi ölkələrlə münasibətlərdə ABŞ-ın maraqlarını qorumaq iqtidarında olan şəxs deyildir.

Tramp bundan əvvəl bəyan etmişdi ki, Vaşiqntonun “güc mövqeyindən çıxış etməsi” şərtilə Rusiya ilə yaxşı münasibətlər qurmağa çalışacaq.

 

“Kremldə bayram edəcəklər…”

"Moskva və Pekin bizim dünya boyunca müttəfiqliyimizə qibtə edirlər, çünki özlərinin belə bir ittifaqları yoxdur – deyib Klinton, - Onlar bizim belə bir güc mənbəyimizi təhlükəyə atacaq birisinin seçilməsinə yalnız sevinərdilər”.

"Əgər Donald istəyinə çatsa, Kremldə bayram edəcəklər”, – deyib senator Klinton.

Klinton rişxəndlə bildirib ki, Tramp özünün xarici siyasət sahəsində təcrübəsini mülk inşaatçısı və gözəllik yarışlarının təşkilatçısı kimi xarici partnyorlarla əlaqələrdə olması ilə əsaslandırır.

“O deyir ki, mənim xarici siyasət təcrübəm var, çünki Rusiyada gözəllik yarışı keçirmişəm”, – deyib Klinton.

Hillari Klinton habelə İranla ötən il imzalanmış nüvə sazişini müdafiə edib.

Tramp iddia edirdi ki, o biznes danışıqları təcrübəsi ilə daha yaxşı sazişə nail ola bilərdi və yaxud çevrilib gedə bilərdi.

Xanım Klinton deyib ki, qolf sahəsinin tikintisi üçün aparılan danışıqları “dünya işləri” ilə müqayisəetmək olmaz.

“Twitter” hesabından bu çıxışa münasibət bildirən Tramp yazıb ki, “xalq bacarıqsızlığın daha dörd il davam etməsinə yol verməz”.

ABŞ mediası vurğulayır ki, Klintonun çıxış üçün seçdiyi məkan strateji idi, belə ki, San-Dieqoda bir sıra iri hərbi obyektlər, veteranlar və hərbçilər, hərbiyyə ilə bağlı sənayelər var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam