Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Atam bu cür öldürülüb -Haniyənin oğlu detalları açıqladı

HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin böyük oğlu Əbdül Salam Haniyə atasının Tehranda necə öldürüldüyü ilə bağlı yeni məlumatları açıqlayıb.

Yenixeber.org xəbər verir ki, Dohada mediaya açıqlamasında Əbdül Salam atasının cib telefonu izləndikdən sonra raketlərin hədəfinə çevrildiyini təsdiqləyib.

Onun sözlərinə görə, atası gecə mobil telefonunu yatağının yanına qoyub, telefonu izləndiyi üçün idarəolunan raketlə də dəqiq zərbə endirilib.

O, bəzi KİV-lərin Haniyənin qaldığı iqamətgaha əvvəlcədən bomba qoyulması ilə bağlı yaydığı iddiaları təkzib edib.

Əbdül Salam atasının həmin gün cib telefonundan davamlı olaraq zəng etdiyini, hətta öldüyü gecə yerli vaxtla saat 22:15-də də telefondan istifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, İsmayıl Haniyə 31 iyulda Tehranda yerləşdiyi iqamətgaha endirilən raket zərbəsi nəticəsində öldürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam