Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ukrayna DİN:Ölkəni qanunsuz tərk edən kişilər qayıtdıqdan sonra cəzalandırılacaq


Ukraynanı qanunsuz tərk edən kişilər qayıtdıqdan sonra cəzalandırılacaqlar.

Yenixeber.org: Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko "RBC" Ukrayna agentliyinə müsahibəsində bildirib.

Nazir bildirib ki, Ukraynada müharibə zamanı ölkəni qeyri-qanuni tərk edən kişilərin cəzalandırılması üçün qanun layihəsi hazırlanır və bu, parlamentlə hökumətin birgə təşəbbüsü olacaq.

Onun sözlərinə görə, hazırda sərhədi qanunsuz keçib, yenidən Ukraynaya qayıdanlara qarşı heç bir cəza yoxdur:

“Hazırda belə qaydalar və məhdudiyyətlər müəyyən edilməyib, amma düşünürəm ki, müharibə başa çatdıqdan sonra dövlət hər bir vətəndaşa müharibə zamanı nə etdiyini xatırlatmaq üçün hər şeyi edəcək. Mən sərhədi qanunsuz keçənləri nəzərdə tuturam”, - deyə Klimenko bildirib.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət elan olunan gündən etibarən 18-60 yaş arası kişilərin xaricə çıxması qadağandır, lakin bəzi istisnalar var və vətəndaşların müəyyən kateqoriyaları Ukraynanı tərk edə bilər.

Onların arasında sağlamlıq imkanları məhdud kişilər, çoxuşaqlı valideynlər, sürücülər, könüllülər, dənizçilər, idmançılar, mədəniyyət xadimləri, xalq deputatları, nazirlər yer alır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam