Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Ukrayna cəbhəsində son durum:Baxmutda müəmma, Kiyev atəşə tutuldu

Rusiya gecə boyunca İran istehsalı pilotsuz uçuş aparatları (PUA) və raketlərlə Ukraynaya hücumları davam etdirib

Yenixeber.org: Bu barədə Ukrayna rəsmiləri və teleqram kanalları məlumat yayıb. 

Bildirilir ki, "Şahed" PUA-ları ilə hücum iki istiqamətdən - şimaldan və cənubdan həyata keçirilib. Ölkənin cənubunda, şimalında (Kiyev daxil olmaqla), qərbində və şimal-qərbində yerləşən bölgələrdə hava xəbərdarlığı elan edilib. 

PUA-ların sayı ilə bağlı hələlik məlumat yoxdur. 

Kiyev, Rivne, Lvov, İvano-Frankivsk, Çernivtsi vilayətlərində, eləcə də Odessa vilayətində hava hücumundan müdafiə sisteminin işə düşdüyü qeyd olunur. 

Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko özünün "Telegram" kanalında yazıb ki, Kiyevə hücum edən bütün "Şahed"lər zərərsizləşdirilib. "Kiyev istiqamətində hərəkət edən bütün hava hədəfləri bizim hava hücumundan müdafiə qüvvələrimiz və vasitələri tərəfindən məhv edilib. Kiyevə hücumlara imkan verilməyib!", - o qeyd edib. 

Popkonun sözlərinə görə, hücum üç saat ərzində bir neçə dalğada kütləvi xarakter daşıyıb. 

“Xarkov Life” teleqram kanalının məlumatına görə, Rusiya ordusu Xarkovu yenidən atəşə tutub. Digər kanallar Rusiya ərazisindən S-300 zenit-raket komplekslərindən Xarkova zərbələr endirildiyini yazır. Bundan əlavə, şəhərdə partlayışların baş verdiyi barədə məlumatlar yayılıb. 

Baxmut cəbhəsində də döyüşlərin davam etdiyi bildirilir. Ukrayna Baş Qərargahı son bir neçə gündə Baxmut uğrunda gedən döyüşlər barədə gündəlik məlumat verməsə də, müdafiə nazirinin müavini Anna Malyar qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir hissəsinə hələ də nəzarət edir.  

Bununla belə Moskva Baxmutun tam ələ keçirildiyini iddia edir. "Vaqner" qruplaşmasının sahibi şəhər uğrunda gedən döyüşlər zamanı 20 min muzdlunun öldüyünü açıqlayıb. Onun sözlərindən belə çıxır ki, bu rəqəmə Rusiya Müdafiə Nazirliyinin qüvvələrinin verdiyi itkilər daxil deyil. 

ABŞ Prezidenti Co Bayden isə bir neçə gün öncə Rusiyanın Baxmutda 100 min itki verdiyini bəyan edib. 

Rusiya tərəfindən ilhaq edilən Sevastopol şəhərinin "rəhbəri" Mixail Razvojayev iddia edir ki, bu gecə şəhərə PUA-larla hücum edilib. O, hücumun dəf edildiyini bildirib. Rusiyanın təyin etdiyi şəhər "rəhbər"inin sözlərinə görə, Kaça bölgəsində Qara Dəniz Donanmasının qüvvələri 2 PUA-nı atıcı silahlarla vurub, daha bir neçə PUA radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. 

Qeyd edək ki, Ukrayna tərəfi iddialarla bağlı açıqlama verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam