Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Azərbaycanda hər 100 min nəfərə 200-300 insult xəstəsi düşür–Həkim rəyi

Azərbaycanda hər 100 min nəfərə 200-300 insult xəstəsi düşür

 

İnsult ölümə ən çox səbəb olan üç xəstəlikdən biridir. Statistik göstəricilərə görə, hər il dünyada 17 milyona yaxın insult xəstəsi qeydiyyatdan keçir

 

Yenixeber.org: Bununla yanaşı, hər il 6 milyona yaxın insan həyatını bu xəstəlik səbəbindən itirir. Azərbaycanda statistik göstəricilər dünyadakı orta göstəricilərə uyğundur. Belə ki, Səhiyyə Nazirliyinin statistikasına görə, hər 100 min əhaliyə 200-300 nəfər insult xəstəsi düşür. İnsult keçirən xəstələrin 30 faizi xəstəlik başlandıqdan sonrakı bir ay ərzində vəfat edir. Pasiyentlərin üçdəbiri insultdan sonra kənar şəxslərin köməyinə ehtiyacı olan əlillik qrupuna daxildir. Xəstələrin qalan hissəsi bərpa dövründən sonra əmək fəaliyyətinə qayıda bilir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) nevrologiya kafedrasının assistenti Rəhim Əliyev bildirib.

“Son illər bir çox inkişaf etmiş ölkələrdə insult və bununla bağlı ölüm halları azalıb. Lakin əhalinin demoqrafik qocalması və insultun əmələgəlmə amillərinə kifayət qədər diqqət yetirilməməsi nəzərə alınarsa, belə pasiyentlərin sayının artacağı gözlənilir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azalacaq, eyni zamanda, əhalinin qocalması ilə əlaqədar, bu xəstəlik 11 faiz artacaq”, – deyə R.Əliyev əlavə edib. Cavanlar arasında insultun səbəbləri barədə danışan müsahibimiz qeyd edib ki, bu, anadangəlmə və ya qazanılmış ürək qüsurları, irsi qan xəstəlikləri, gənc yaşında yüksək təzyiq, narkotik qəbulu ilə bağlı ola bilər. Yaşlı insanlarda isə insultu əsasən aritmiya, hipertoniya, şəkərli diabet və s. amillər yaradır. Qadınlarda insult halları doğuş, abort, kontraseptiv vasitələrdən istifadə, narkotik və alkoqolun qəbul edilməsi ilə əlaqədardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam