1 saylı Regional Meşə Təsərrüfati Mərkəzinin işçilərindən birinin verdiyi məlumata görə, 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin yanğın üzrə mütəxəssisi el arasında "Şpal Sərraf" kimi tanınan Sərraf Quliyevin nə ali , nə də bir peşə təhsili olmadığı təqdirdə gəlib Mərkəzdə böyük bir vəzifə tutub.
Yenixeber.org: Sərraf Quliyevin 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə "Neçə gəlib çıxdı?" sualına cavab budur ki, o, bir neçə il öncə Lerik meşələrindən ağacları kəsib şpal halına salıb Masallıdakı sexlərə özü daşıyıb satırdı.
Əlbətdə ki, o, şpal alveri edən zaman meşə işçiləri ilə yaxından tanışlığı olub münasibət qurmuşdu. Onlar Sərrafın bacaraqlı və fərasətli olduğunu görüb ona öz aralarında bir yer elədilər. Sərrafa elə bu lazım idi ki, Mərkəzdə işləyə-işləyə şpal alverinin çevrəsin bir az da genişləndirsin.
Sərraf hazırda da əvvəlki işin davam etdirir , özü də çox arxayıncasına, yəni şpal və işlik material alverinə bir başa özü rəhbərlik edir.
Sərraf Mərkəzdə söz sahibi olan adamlardan biridir.
Əldə etdiyimiz mötəbər məlumatlar əsasında bir neçə ay öncə 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə təyin ouunan direktorun təhvil-qəbul yoxlamaların Sərraf Quliyev aparıb.
Burdan belə bir sual meydana çıxır: Heç bir təhsili olmayan biri neçə olur ki, təhvil-qəbul yoxlamaların aparır?!
Bu, artıq Meşələrin Inkişafı Xidmətinin süqutu və son nəfəsi deməkdir.
Meşələrin Inkişafı Xidməti bir qurum kimi özün heç doğrulda bilmir.
Sərraf barəsində araşdırmamız davam edir.
Növbəti yazılarımzda Sərrafa Quliyevə Meşələrin İnkişafı Xidmətindən "daydayliq" edən rəhbər vəzifəli şəxslərin adların açıqlayacayıq.(nyus.az)
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
ETSN-ndə mühüm vəzifə verilən "Şpal Sərraf" görün KİMDİR? -DE-FAKTO
