Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İmişlidə QOÇULUQ EDƏN KİMDİR? -İDDİA!


İmişlidə RƏSMİ ÖZBAŞINALIQ... - BUNUN BAŞQA ADI YOXDUR...

Yenixeber.org: 61 nəfər Xoşçobanlı və Murğuzalılı kənd sakinləri Xoşçobanlı Bələdiyyəsinin sədri Vüqar Bağırova müraciət edərək yazıblar: Yazıb sizə məlum edirik ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2014-2015-ci illərdə istifadəyə verilmiş Otuziki, Xoşçobanlı, Muğuzalılı, Mürsəlli, Qaraqaşlı kəndləri arasından keçən kəndarası yollar əsaslı təmir edilərək vətəndaşların istifadəsinə verilmişdir. Yolumuzun əsaslı təmir olunmasına köməklik göstərdiyinə görə cənab Prezidentimizə öz təşəkkürümüzü bildiririk.
Ancaq təəssüflər olsun ki, ağır tonnajlı yük maşınları ( şaqmanlar) əsas magistral yolda qurulan tərəzilərdən gizlənərək yüklərini kəndarası yoldan keçməklə daşıyırlar, bunun nəticəsində kəndarası yollar ağır yüklərə davam gətirməyərək sıradan çıxır və məhv olub gedir. Xahiş edirik ki, bu məsələ barədə aidiyyəti dövlət qurumlarına məlumat verəsiniz və təcili tədbir görəsiniz. Sakinlərin müraciətindən sonra bələdiyyə sədri Vüqar Bağırov icra nümayəndəsinin müavini Asif Əlişovla birgə sakinlərin şikayətini İmişli Rayon Yol Polisi İdarəsinin rəisi Eldəniz İmamyarova çatdırmaq üçün 2 dəfə qəbula getsələr də rəis onları qəbul etməyib. Axırda məcbur olub rayon prokurorunun qəbuluna gediblər. Prokurorun köməkçisi Fərzi müəllim Eldəniz İmamyarova zəng edərək vətəndaşları qəbul etməsini bildirib.
Nəticədə, Eldəniz İmamyarov Vüqar Bağırovla Asif Əlişovu qəbul edərək onlara “Niyə yalan danışırsınız, siz nə vaxt qəbula gəlmisiniz” deyərək onlarla çox kobud davranıb. Vüqar Bağırov rəisə bildirib ki, iki dəfə gəldik bizi içəri buraxmadılar. Rəis Eldəniz İmamyarov yenə bələdiyyə sədrini və kənd icra nümayəndəsinin müavini təhqir etməyə başlayıb. Axırda bələdiyyə sədri seçkili orqanın rəhbəri olduğunu deyərək, əlini uzadaraq “Bura dövlət binasıdır, danışığınıza fikir verin” deyəndə rəisin gül ağzı açılıb və... Və bələdiyyə sədrinə “Əlini burub dalına soxaram...Gedin hara istəyirsiniz şikayət edin..” deyərək bələdiyyə sədri ilə icra nümayəndəsinin müavinini qovub. Bələdiyyə sədri və icra nümayəndəsinin müavini bu rüsvayçılıqdan sonra Daxili İşlər Naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, DTX-nın rəisi Əli Nağıyevə müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş ediblər.
Bələdiyyə sədri Vüqar Bağırov deyir ki, rəisin məni təhqir etməsi bütün rayona yayılıb, mən seçicilərimin üzünə baxa bilmirəm. Bələdiyyə sədri onu da deyir ki, bir neçə il əvvəl mən Şirvan şəhərində cənab nazir Vilayət Eyvazovun qəbulunda olmuşam, bizmlə elə mədəni, səmimi, mehriban danışdı ki, edəcəyimiz xahişi də unutduq. Mən nazirdən xahiş edirəm ki, belə kadrları başa salsın ki, insanlarla tərbiyəsiz davranmasınlar.
Mən seçicilərimizin, kənd sakinlərinin adından haqqımızı tələb edirəm, rəis isə nəyinsə müqabilində ağırtonnajlı maşınları yolumuza yönəldir, yollar dağılır. Bələdiyyə sədri onu da deyir ki, son günlər akt tərtib edərək bizi tutdurmaq istəyirlər.
Biz bir media olaraq ümid edirik ki, dövlət qurumları yaxın zamanda bu müraciətlərə münasibət bildirəcəklər. //gundelik-baku.com//




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam