Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Cəlilabadda daha bir bələdiyyə sədri örüş torpaqlarını satıb-İDDİA

Yenixeber.org: Belə ki, rayonun Muğan kənd bələdiyyə sədri Vasif Həsənov kəndin örüş sahəsinin iki hektarını Söyüdlü kənd sakinlərinə satıb.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbə vurğulayır ki, kənd sakinləri məsələdən xəbər tutan kimi bələdiyyə sədrini ifşa ediblər. Mənbə daha sonra əlavə edir ki, rayonun icra başçısı Rafiq Cəlilov dərhal V. Həsənovu yanına çağırıb. Lakin bələdiyyə sədri torpağın satdığını etiraf etməyib. Görünən tərəf odur ki, rayonda xırda məmurlar icra başçısı R. Cəlilovu ciddiliyə almaq belə istəmirlər. Bunun da müəyyən səbəblərini qeyd edə bilərik. Məsəl üçün, bir zamanlar R. Cəlilov özü şəxsən “kupça” satmaqla məhşurlaşmışdı. Bu barədə kifayət qədər arqumentlər göstərə bilərik…

Əldə etdiyimiz son məlumatlara görə, kənd sakinlərin təkidindən sonra V. Həsənov torpağın sənədini çırarağ məhv edib. Bu o demək deyil ki, bələdiyyə sədri məsüliyyətdən yayınır. Məsələ ilə bağlı aidiyyati qurumlara, Baş Prokurorluğa və Cəlilabad rayon Prokurorluğuna müraciət olunacaq.

Xatırladaq ki, 2021-ci ildə Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır. Görünür, toplananların yerin dəyişdikdə cəm dəyişmir.

Qarşı tərəfin müvqeyini dərc etməyə hazırıq.

Bizi izləməyi unutmayın…(dosye.org)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam