Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Vüqar Kərimov meşələrə QƏNİM GƏLİB... -DE-FAKTO

Prezident Vüqar Kərimovu nazir müavini təyin etdi

Redaksiyamıza verilən məlumata və təqdim olunan video-görüntülərə görə, Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin Talıstan-Basqal meşəbəyliyinin Zərnava kəndi ətrafında meşələr qırılıb, yeşik sexlərində 65 sm standart ölçüdə doğranır. Bildirilir ki, ağaclar sahə rəisi Nadirov Fizuli və meşə gözətçisinin atası əvvəllər narkotika ilə tutulmuş, 4 il həbsdə olmuş Xamis adlı meşə gözətçisi tərəfindən satılır. Məlumatda o da qeyd olunur ki, Xamisin işini de-fakto vaxtilə meşədə əkdiyi narkotik üstündə 4 il həbs cəzası almış atası aparır.

Yenixeber.org: Necə olursa, günün günorta vaxtı odun daşıyan “UAZ” maşınları Şamaxı RMTM-nin Şamaxı-Ağsu meşəbəyliyinin mühafizə mühəndisi Mehmanın nəzərindən qaçır. Amma əlbəttə ki, daha böyük məsuliyyət RMTM-nin rəisi, nazir müavini Vüqar Kərimovun iltifatı ilə rəhbər vəzifəyə təyin olunmuş qeyri-mütəxəssis, pensiyay çıxmış keçmiş hərbi komissar Rəsul Quliyevin üzərinə düşür.
Ümumiyyətlə, Vüqar Kərimovun “xeyir-duası” ilə meşə təsərrüfatına rəhbər və müavin vəzifələrinə gətirilənlərin çoxu, qeyri-ixtisas sahibləridir. KİV yazır ki, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru ixtisasca meşəyə yad bir kadrdır və bir neçə il öncə Dövlət Sosial Müdafilə nazirliyinin yerli şöbələrinin birindən qovulanlardandır. Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Qalıb Həsənov, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsirov, onun müavini müavini Rahib Ağayev ağacların cinsini tanımır. Deyilənə görə, Rahibi bu vəzifəyə əmisi oğlu Sərdar Ağayev gətizdirib. Sərdar Ağayev Vüqar Kərimovla dostudur və əvvəllər birlikdə çalışıblar. Qeyd olunur ki, Rahib Ağayev 2017-ci ildə 45 yaşında (?) bir saxta aqronomluq diplomu alıb. Hansı balla TQDK-dan keçərək Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olduğu məlum deyil. Əgər akt və ya tərcemeyi-hal yazmağı ona verilsə belə yaza bilməz. Vüqar Kərimovun Masallıdakı ən sadiq 2 "qara kassa"sından biridir. Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini-baş meşəbəyisi Abturab Bağırov da ixtisasca qeyri - məşəçi və ali təhsili olmayan biridir. //azinfo.tv//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam