Redaktor seçimi
Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? –
“Kitab döyüşü”: İran necə tələyə düşdü-
Ülvi Quliyevin DÖVLƏTƏ ŞƏRİK MİLYONLARI... - "Daha əvvəlki vaxt deyil..."/
Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkarlandı —
Qumla London arasındakı Bakı- 
"Sumqayıt-Sərnişin" ASC-də  gəlir hara gedir?!-
Anar Kərimovun nazirlikdəki “Kurtlar vadisi” – Korrupsiyada ittiham edilən, 40 yaşında rejissor olan, “kseroks” aparatı işlədən –
Abel Məhərrəmovun biznes imperiyası və xanımlara milyonluq hədiyyələri-
Günün xəbəri

Əliyar Qasımovun “ Holluwood Cinema Clubu”…. – Daha doğrusu, cinsi azlıqların məskəni…/DE-FAKTO

           Əliyarın qaynanasının  ictimai-iaşə obyektlər şəbəkəsi…
Yenixeber.org: Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları  dönə-dönə qeyd edir ki, biz milli-mənəvi dəyərlərimizi qorumalıyıq.
Cənab ölkə başçısı gözəl bilir ki, bir milləti və dövləti çökdürmək üçün öncə onun milli-mənəvi dəyərlərini sıradan çıxartmaq, onun adət-ənənələrini məhv etmək lazımdır.
Amma çox təəssüf ki, dövlət rəhbərimizin bu tapşırıqlarına baxmayaraq  bəzi məmurlar, iş adamları, biznesmenlər bunu nəzərə almır, öz merkantil maraqlarını təmin etmək üçün milli maraqlarımızı qurban verirlər.
Belə ki, son illər  milli-mənəvi dəyərlərimizi nəzərə almadan ölkədə elə klublar-restoranlar  fəaliyyətə başlayıb ki, heç bir əndazəyə sığmır.
Problem o qədər aktuallaşıb ki, müsəlman ölkəsi olan Azərbaycanda  cinsi azlıqlar  küçədə aksiya keçirir, “mən….satıram, özüm bilərəm”  şüarları ilə çıxış edirlər.
Bu məsələ dəfələrlə Milli Məclisin  tribunasından səsləndirilib.
Hətta sonuncu dəfə millət vəkili Tahir Kərimli  bu əxlaqsızlığı yığışdırmağı tələb etdi.
Sözün qısası, Bakıda fəaliyyət götərən belə obyektlərdən biri də  “Hollywood cinema club”dur.
Bu klub gündüzlər işləmir, əsasən  gecələr fəaliyyətə başlayır və səhərə qədər  müştərilər bura axışır.
Bu obyektin sahibi Əliyar Qasımov adlı şəxsdir.
Mediada yazılanlardan bəlli olur ki, bu obyektdə çox biabırçı hallar baş verir. Və obyektin müştərilər əsasən  cinsi azlıqlardır.
Obyektin ətrafında yaşayan sakinlər  deyir ki, biz və ailə üzvlərimiz dönüb bura baxmağa utanırıq.
Obyektin sahibi Əliyar Qasımov mediaya açıqlamasında deyir ki, biz müştərilərə fərq qoymuruq və kiməsə qadağa qoya bilmərik…
Cənab Əliyar Qasımov başa düşümür ki, Azərbaycan Avropa Şurasının üzvü olsa da, bir Şərq ölkəsi kimi milli-mənəvi dəyərlərə  bağlı bir xalqdır. Odur ki, bu tip insanların belə ictimai yerlərdə əylənməsi birmənalı qarşılanmır.
Xatırlatma üçün   qeyd edək ki,  Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” – kafesi də vaxtlə  məhz buna görə bağlanmışdı.
Əslində bu obyektlər əxlaqsız gecə klublarıdır.
Növbəti yazıda Əlyarın 26-larla əlaqəsi və qaynanasının ictimai-iaşə obyektləri barədə yazı dərc edəcəyik.
Bizi izləyin.Gundəlik Baki


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam