Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi haqda ŞOK İTTİHAM

 
  Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi yad xanımla meşədə yaxalanıb.

Yenixeber.org: İyunun 15-də Göygöl Rayon Polis şöbəsinin əməkdaşları Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi Bürcü Cabbarov rayonun Şəhriyar kəndi ərazisindəki meşədə C.S adlı xanımla (ad şərtidir. Xanımın əsl kimiliyi redaksiyaya məlumdur) “istirahət” edərkən saxlayıb.

Polis əməkdaşları onları “Şevrolet-Niva” markalı avtomobili ilə birgə şöbəyə gətirib və onların gətirilməsi haqqında rəisə məruzə olunub. Bildirilib ki, onlar ictimai qaydalara riayət etmədiklərinə-əxlaqdankənar hərkətlərə yol verdiklərinə görə saxlanılıb.

Polis şöbəsinin rəisi polis polkovniki Müqalib Abdiyev dünyanınəsəsi.az saytının əməkdaşına açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsi Bürcü Cabbarovun polis əməkdaşları tərəfindən saxlanılması faktını təsdiqləyib.

Polis rəisi bildirib ki, onlarla proflaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar.

Maraqlıdır, görəsən o boyda regional idarənin rəisi bayram günlərində qeyri-xanımlarla tez-tez dağlara çəkilir? Yoxsa, pul gözlərini o qədər örtüb ki, o, yüksək vəzifəli dövlət məmuru olduğunu unudub?

Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin rəisi Bürcü Cabbarov barəsində bəzi media orqanlarında gedən məlumatla bağlı açıqlama verib.

Onun sözlərinə görə, o şəxsi işi ilə əlaqədar Şəhriyar kəndinə gedib və orada bir neçə tanışları ilə görüşüb:

"Polislə bağlı məsələyə gəldikdə isə, avtomobili yol-hərkət qaydalarının pozulması ilə əlaqədar anlaşılmaz məqamlar olmuş,ona görə də polis şöbəsinə dəvət edilmişdir. Aidiyyatı üzrə məsələ araşdırılmış və anlaşılmazlıq aradan qalıdırılmışdır.

Yazıda qeyd olunan digər fikirlər isə birmənalı şəkildə həqiqəti əks etdirmir. Sadəcə məlumatı verən mənbə məqsədli şəkildə qərəzçiliyə yol vermiş və bilərəkdən informasiyanı öz maraqlarına uyğun şəkildə mətbuta ötürmüşdür."

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam