Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Samirə Bəşirovanın yalanları: CİNAYƏTKAR QRUPLAŞMANIN İZİ İLƏ-(VİDEO)

 

 Artıq çoxunuza tanış olan "Koala” parkda baş verən cinayət hadisəsinin əsas iştirakçılarından olan Ryazan oliqarxı Baxşıyev Səxavətin qızı Samirə Bəşirovanın yalanlarını sizə təqdim edirik. Real Tv-yə müsahibə verən oliqarx qızı Samirə iddia edir ki, parkda törədilən cinayət hadisəsi qabaqcadan planlaşdırılmayıb və heç bir muzdlu şəxs, bu hadisədə iştirak etməyib.

Yenixeber.org: Hadisənin qabaqcadan planlaşdırılması və cinayət əməllərində pul hesabına muzdlu şəxslərin iştirak etməsi ilə bağlı sübut və faktların bir qismini digər materiallarımızda artıq sizə təqdim etmişdik.

Keçmiş polis əməkdaşı İmanov Lətif Cəfər oğlu ilə bağlı maraqlı bir faktı diqqətinizə çatdırmaq istəyirik. Bu, Lətif İmanovun 2019-cu ildə, Abşeron rayon polis İdarəsində polisləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və mərhum Ümumilli Lider Heydər Əliyevi nalayiq ifadələrlə söydüyünə görə Abşeron Rayon Məhkəməsinin 7 fevral 2019-cu il tarixli qərarı ilə 5 gün müddətində inzibati həbs alması ilə bağlı sənəddir.

Samirə Bəşirova parkda olan insanların hadisəyə müdaxilə edərək onlara kömək etdiklərini iddia etsədə, "Koala” parkda qeydə alınan videoyazıdan da gördüyünüz kimi, muzdlu İmanov Lətifdən başqa hadisəyə müdaxilə edən yoxdur.

Real Tv-yə müsahibəsində Samirə Bəşirova tanışının, Tamerlanın maşınını "Koala” parkın qarşısında görüb ona məlumat verdiyini bildirsədə, martın 7-də yayımladığı müraciətdə Samirə Bəşirova Tamerlanın hansısa yaxınının, Mirayı "Koala” parkda görüb ona bu barədə xəbər etdiyini iddia edir. Gördüyünüz kimi Ryazan oliqarxının qızı özü özünü təkzib edir. Yəqin ki, başa düşdünüz kimdir onun "tanış” adlandırdığı şəxs? Düz tapdınız – əlbətdə ki, məhz İmanov Lətifin özü.

Müsahibə zamanı Bəşirova Samirə növbəti dəfə özü öz yalanını ifşa edir. Onun dediklərinə diqqətlə qulaq asın.

Bu isə onun martın 7-də yayımlanan müraciətidir. Burda da Samirə Bəşirovanın dedikləri, Real Tv-yə müsahibəsində dedikləri ilə üst üstə düşmür.

Bu isə atasının puluna güvənərək hər yola əl atan Samirə Bəşirovanın növbəti dəfə yalan deməsi ilə bağlı Sizə təqdim etdiyimiz faktlardan biridir. Gördüyünüz bu sənəd Nəsimi rayon məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərardadıdır. Həmin qərardadla Samirə Bəşirovanın, balaca Mirayın atasından alınaraq ona verilməsi barədə xahişi əsassız olduğu üçün rədd edilib.

Bahalı həyata öyrəşən oliqarx qızı burda da yalana əl atır. Tərəflərin əsl ayrılma səbəbi Samirənin həyat yoldaşına Mamed adlı şəxs ilə xəyanət etməsidir. İndi isə oliqarx qızının məşuqundan danışaq. Mustafayev Mamed Eynur oğlu 1986-cı ilin aprel ayının 9-da Şəmkirdə anadan olub. Ailəlidir və iki azyaşlı övladı var. Şəkillərdən də gördüyünüz kimi Samirənin "sosial şəbəkə qəhrəmanı” güya dinə bağlı adamdır. Ailəli bir qadınla öz arvadına xəyanət etmək nə islama yaraşır, nədə əsl Azərbaycan kişisinə. Burada ataların "tülki həccə gedir” misalı yada düşür. Nə isə keçək əsas məsələyə. Gördüyünüz bu kadrlar Samirə ilə Mamedin İnstagram vasitəsi ilə yazışmalarıdır.

Atalar yaxşı deyib "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”.

İndi isə Sizə Tamerlanın təqaüdçü anası Kamilə Bəşirovanın parkda baş verən hadisədə bədən xəsarətləri alması ilə bağlı, müayinənin nəticəsini və foto şəkilləri təqdim edirik. Onun müxtəlif xəsarətlər alması barədə məhkəmə-tibbi ekspertizanın rəyi də artıq prokurorluğa təqdim edilib.

Martın 7-də yayımladığı video yazıda, Samirə Bəşirova ölkə rəhbərliyinə və vəzifəli şəxslərə bu məsələdə ona kömək göstərmələri üçün müraciət edir. Qeyd etmək lazımdır ki, "Koala” parkda cinayət əməlləri fevralın 29-da törədilib. Bu müraciəti isə Bəşirova Samirə bundan 1 həftə sonra yayımlayıb. Cinayət hadisənin təfərrüatlarını əks etdirən görüntülərin artıq zərərçəkən Bəşirovlar ailəsində olduğunu bilməyən oliqarx qızı, ictimaiyəti və hətta ölkə rəhbərlərini də aldatmaqdan çəkinməyib.

İndi özünüz ağı qaradan ayırın. Kim yalançıdır? Ryazan oliqarxının qızı Samirə yoxsa zərərçəkən Bəşirovlar ailəsi?

Ən maraqlısı isə odur ki, "Koala” parkda törədilən cinayət hadisəsi ilə baqlı hüquq-mühafizə orqanları 4 ay ərzində heç bir hərəkət etmədikləri üçün zərərçəkənlər özləri sübutları toplamağa və cinayət hadisəsinin naməlum iştrakçılarını axtarmağa məcbur olublar. Bu da prokurorluğun tarixində görünməmiş haldır!!! Bəşirovlar ailəsi nəinki iş üçün mühüm olan sübutları, hətta törədilən cinayətlərin naməlum iştrakçılarından birinin, kim olmasını müəyyən ediblər və bu məlumatları hüquq-mühafizə orqanlarına göndəriblər! Lakin, onları bu günə kimi bir dəfə də olsun heç bir hüquq-mühafizə orqanına dəvət etməyiblər və zərərçəkənlərin çoxsaylı ərizələrinə və vəsatətlərinə bir dəfə də olsun prokurorluq orqanları cavab verməyib.

Bu sual vicdanlı və adalətli insanlara ünvanlanıb. Necə deyərlər "Xalqın gözü tərəzidir”. Bu olay baş verəndən bu günə qədər ictimaiyyətin diqqət mərkəzindədir. Mirayın oğurlanmasını əks elətdirən videomateriala təkcə Youtube səhifəsində 2 milyondan çox insan izləmişdir. Sosial mediada artıq minlərlə insan hadisəyə öz münasibətini bildirmiş, yüzlərlə şərhlər yazmışlar. Onlar arasında təkcə azərbaycanlılar deyil, digər ölkələrin vətəndaşları da var. Bu gün dövlətimizin bütün sahələrində Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar həyata keçirilir. Bu islahatlar, eyni zamanda, hüquq, ədliyyə sahəsini də əhatə etmişdir. Belə bir həssas dönəmdə paytaxt Bakının mərkəzində uşağın oğurlanması və olayın hüquq müstəvisində obyektiv dəyərləndirilməməsi sadəcə təəssüf və ikrah hissi doğurur. İnanırıq ki, prokurorluq orqanlarında gedən müsbət dəyişiklər məsələnin ədalətli həllinə öz tövhəsini verəcəkdir.(icmal.az)

Hadisənin videosunu sizə təqdim edirik.

 

 
Bu isə cinayət hadisəsinin tam videosu:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam