Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

OCCRP-Feyziyev məhkəmə işi yekunlaşıb-İDDİA

 

OCCRP-Feyziyev məhkəmə işi yekunlaşıb
Təşkilat məqalələrə azərbaycanlı iş adamının mövqeyini daxil edib
Yenixeber.org: Təqribən iki ildir ki, OCCRP Londonda azərbaycanlı iş adamı və parlament üzvü Cavanşir Feyziyev tərəfindən təşkilatın həmtəsisçisi Paul Raduya qarşı irəli sürülən bahalı və vaxt aparan məhkəmə iddiası ilə məşğul idi. Feyziyevin adı çirkli pulların yuyulması və maliyyə fırıldaqçılığı ilə bağlı olan Laundromat adlı araşdırma layihəsində çəkilir.
OCCRP-nin məlumatına görə, İngiltərə məhkəməsi müəyyən edib ki, məqalə Feyziyevi çirkli pulların yuyulmasında iştirak etməsini əsaslı şəkildə izah edib. Feyziyev isə bu iddianı rədd edib. Keçən həftəsonu məhkəmə ərəfəsində iddiaçının vəkilləri işi Radu üçün əlverişli şərtlərlə həll etməyi təklif ediblər. Bu, uzun və mürəkkəb məhkəmə işini uğurla sonlandırıb. OCCRP komandası ciddi maliyyə riski altına alınıb. Ən başından OCCRP məqalənin məhkəmə işinə layiq olmadığını bilib və yazıldığı kimi də hekayənin arxasında durmağa davam edir.
"Feyziyevdən bəhs olunan məqalə veb-saytımızda qalacaq”, - OCCRP bildirib. Məsələnin həllinin bir hissəsi olaraq OCCRP aşağıdakı ifadənin veb-saytda yerləşdirilməsinə razılıq verib: "Cavanşir Feyziyev OCCRP saytında yayımlanan iki məqalə ilə bağlı böhtan ittihamları irəli sürüb.
Məhkəmə müəyyən edib ki, bu məqalələr qanuni anlama sahibdir və onun çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinməsi üçün əsaslar var. Ancaq onun çirkli pulların yuyulmasında və ya hər hansı bir cinayət əməlində günahkar olmasına dair əsas yoxdur. Tərəflər bu proseslərin həllinə razılıq veriblər. OCCRP məqalələrə cənab Feyziyevin çirkli pulların yuyulmasında və ya hər hansı bir qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə rədd etdiyi faktını əlavə etməyə razılıq verib”.
OCCRP həmçinin inanır ki, İngiltərənin hüquq sistemi xüsusilə də zərərvermə məqsədilə açılan məhkəmə işlərinə qarşı həssasdır. Böyük Britaniyada təcili olaraq anti-SLAPP qanunvericiliyə ehtiyac duyulur ki, bununla jurnalistləri və ya digər ictimaiyyət üzvlərini qorxutmaq, senzura etmək niyyəti ilə açılan ağır işlərdən qoruma mexanizmi təmin edilir. "Xüsusilə təəssüf doğuran məqam odur ki, öz ölkələrində korrupsiya haqqında yazan yerli müxbirlər hekayələrini hazırlayarkən İngiltərənin ayrı-ayrı media standartlarını nəzərə almalıdırlar. Sadəcə ona görə ki, əmlak qanuni və ya qeyri-qanuni yolla xarici vətəndaş tərəfindən İngiltərədə tapılır”, - OCCRP qeyd edir.(criminal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam