Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı zənginlər mülk almaq üçün Çexiyaya gedir

 

Ucuz ipoteka kreditləri, habelə xaricilərin artan marağı Praqada mənzil satışı bumuna səbəb olub.

"Xeberinfo.com":  Məlumata görə, ötən il Praqada mənzil satışında rekord qeydə alınıb.

Xəbərdə deyilir ki, Çexiya paytaxtına mənzil almaq üçün axın edənlərin arasında imkanlı Azərbaycan vətəndaşları da üstünlük təşkil edir.

Çexiya mətbuatı yazır ki, keçmiş sovet respublikalarından olanlar əvvəllər də bu ölkədə hər il yüzlərlə mənzil alırdı. Ötən il isə onların sayı kəskin artıb.

Rieltorlar ötən il Praqada 5950 yeni mənzil satıblar. Bu, 2008-ci ildə başlayan qlobal böhrandan əvvəlki satış həcmindən çoxdur. Keçmiş sovet respublikaları vətəndaşları Çexiyada həm yeni, həm köhnə mənzilləri alırlar.

Daşınmaz əmlak şirkətlərindən birinin icraçı direktoru Aleksandra Krabçova deyir ki, ötən il mənzil almaq üçün axın edənlərin arasında ruslar çoxluq təşkil edib. Çünki ruslar rublun ucuzlaşmasını görərək əllərindəki kapitalı xaricdən mənzil almağa yatırırılar.

A.Krabçova xaricilərin Çexiyadan mənzil almasının ölkəyə sərfəli olduğunu deyib. Çünki belələri ölkə büdcəsinə vergi ödəyirlər.

“Century 21” daşınmaz əmlak agentliyi isə Rusiyadan və digər keçmiş sovet respublikalarından Çexiyada mənzil almaq üçün tələbatın dəfələrlə artdığını qeydə alıb.  Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan və Belarusdan olanlar Çexiyadan mənzil alan xaricilər arasında ikinci ən iri qrupu təşkil edirlər. Gözlənilir ki, keçmiş sovet respublikalarının sakinlərinin Çexiyadan mənzil alması bu il daha da artacaq.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Britaniyadan mənzil alan xaricilər arasında da ilk sıralarda yer alırlar.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam