Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Qadağan olunmasına baxmayaraq satışı davam edir

 

Qadağan olunsa da, toyuq dönərinin satışı davam edir

 

"Xeberinfo.com":  Məlumata görə, Paytaxtda dönərxanalarda qanunla toyuq dönərinin satışının qadağan olunmasına baxmayaraq satılır, özü də yüksək tələbatla. Dönər ayaqüstü yeməyin ən geniş miqyasda tələb olunan növüdür. Bu günə kimi dönərxanalarda ağıla gələn bütün antisanitar vəziyyətlərə rast gəlinib. 
Tədbirlərin görülməsinə baxmayaraq, yenə də qayda pozuntuları aşkar edilir. Bunlardan ən irimiqyaslısı isə satışı qadağan olunmasına baxmayaraq, toyuq dönərlərinə hər yerdə satışına rast gəlinməsidir. Təlabat da demək olar ki, elə məhz toyuq dönərlərinədir. 
 ANS TV-dən “İç xəbər” əməkdaşları həm sanitar vəziyyətlə tanış olmaq, həm də toyuq dönərinin satışına üstünlük verilib-verilmədiyini öyrənmək üçün paytaxtın bir çox yerlərində fəaliyyət göstərən obyektlərə baş çəkib. "Toyuq dönərinin satışı qadağandır. Niyə buna məhəl qoymursuz?" - sualına cavab verə biləcək heç kim tapılmadı.
Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev obyektlərdə yoxlamaların aparılmasında bir sıra tərəflərin olduğunu dedi. Yəni yeni qanun qəbul edilib. Qanuna əsasən plandan kənar və planlı yoxlamalar aparıla bilir. Qurum rəsmisinin sözlərinə görə, plandan kənar yoxlamaların aparılmasında istehlakçı birbaşa rol oynayır.
"Yoxlama o zaman həyata keçirilə bilər ki, sahibkarın fəaliyyəti haqqında dövlətin nəzarət orqanlarına məlumat daxil olsun. Tam yoxlama ildə bir dəfə, noyabrın birinədək, keçən ilin nəticələri nəzərə alınamaqla və risk qrupunlarının müəyyənləşdirilməsinə görə yoxlamalar təyin olunur. Və yoxlamalar da, məhz həmin qeyd edilən obyektlərdə aparıla bilər. Kənar obyektlərdə yox".
Statıstikaya əsasən keçən ilin son 11 ayı ərzində 711 sahibkar, obyektində müxtəlif qayda pozuntuları aşkar olunduğuna görə müxtəlif məbləğlərdə cərimə olunub. Hər halda istehlakçıların rolu danılmazdır. Hər kəs rastlaşdığı qayda pozuntuları və antisanitar vəziyyət barəsində aidiyyati qurumlara xəbər versə, problemlər 100% həll olunmasa da, onu yarıya endirmək çətin olmaz.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam