Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Astarada şübhəli tenderlər: "İqtisadçı ekspert" necə qalib oldu? -Rəsmi açıqlama

 

         
Astarada şübhəli tenderlər: "İqtisadçı ekspert" necə qalib oldu? - Rəsmi açıqlama
Azərbaycanda keçirilən tender və katirovkaların böyük əksəriyyətində maxinasiya hallarının olması barədə dəfələrlə yerli mediada faktlarla əhatələnmiş yazılar dərc edilib. 

Yenixeber.org: Tender və katirovkalarda edilən maxinasiyalar əsasən dövlət maliyyəli sifarişçi müəssisələr, yerli və mərkəzi nəzarətedici qurumların səlahiyyətli nümayəndələri tərəfindən edilir. 

Saytımıza verilən məlumata görə ötən il Astara rayonunda keçirilən tender və katirovkaların şəffaflığı ciddi şübhələr doğurur.

                             Astarada tenderlərin ata-bala qalibləri...

Məlumatda öncə qeyd edilir ki, Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinin sifarişçisi olduğu 16136 manat smetası olan Astara şəhəri ərazisində əkilmək üçün gül kolları adlı tenderin qalibi Astara rayonunun Rüdəkənar kənd sakini Hüseynov Sultan Elşən oğludur.

Qeyd edək ki, Hüseynov Sultanın atası Hüseynov Elşən uzun müddətdir ki, Astara rayonunda keçirilən bir çox tender və katirovkaların qalibi olub.

Bu tender və katirovkaların ümumi dəyəri 178000 (yüz yetmiş səkkiz min) manatdır.

Tenderin qalibi "merlə" çay plantasiyasına baxış keçirir

Astara rayonunda ikinci şübhəli tenderin qalibi Hüseynov Tarif Rəfi oğludur.

Hüseynov Tarif Rəfi oğlu cari ildə Astara rayon İcra Hakimiyyətinin bayram tədbirlərinin keçirilməsi üzrə (70000 - yetmiş min manat), Astara Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyi MMC-yə geyim ləvazimatı və sair mallar (32620- otuz iki min altı yüz iyirmi manat) adlı tenderin qalibi olub.

Hüseynov Tarif Rəfi oğlu da uzun illərdən - 2010-cu ildən indiyədək (2010-cu ildə 2 adda, 2011-ci ildə 8 adda, 2012-ci ildə 2 adda, 2013-cü ildə 6 adda, 2014-cü ildə 2 adda, 2017-ci ildə 4 adda) Astara rayon İcra Hakimiyyətinin sifarişçisi olduğu 24 profil üzrə ümumi dəyəri 289 823,00 manat təşkil edən tenderlərin qalibi olub. 

Məlumata görə Hüseynov Tarif Rəfi oğlunu Astara rayonunda keçirilən tender və katirovkalarda qalib olmasında köməklik edən Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadovdur.

Aşağıda təqdim etdiyimiz fotoda da Hüseynov Tarif Rəfi oğlu ilə Astaranın "mer"i Şahverən Cavadovun gələcəkdə planlaşdırılan çay plantasiyasının ərazisinə baxış keçirməsi əslində bir çox "mətləblərdən" xəbər verir.



Dövlətin iqtisadi layihələrini radikalyönümlü mediada hədəfə alan şəxsə 14672 manatlıq katirovka

Astara rayon Mərkəzi Xəstəxanasının sifarişçisi olduğu katirovkanın isə sözün əsl mənasında analoqu yoxdur. 

Astara rayon Mərkəzi Xəstəxanasının sifarişçisi olduğu 14672 manat dəyərin olan "idarənin xərcləri üzrə" tenderin qalibi Mirzəyev Vidadi Sabir oğlu adlı şəxsdir. 

Əldə etdiyimiz məlumata görə Vidadi Mirzəyev "iqtisadçı ekspert" adı altında daim Azərbaycanın siyasi hakimiyyətini, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu tənqid, dövlət başçısını və onun ailəsini korrupsiyada suçlayan "Azadlıq" saytı ilə mütəmadi əməkdaşlıq edir, saytın ölkədə aparılan iqtisadi-sosial layihələrə qarşı apardığı qarayaxma kampaniyasında iştirak edir. 

Azadlıq saytının iqtisadçı eksperti qismində çıxış edən Vidadi Mirzəyev adlı şəxs indiyədək ölkədə aparılan hansısa bir layihə barədə müsbət fikir söyləməsi barədə internet üzərində apardığımız araşdırma müsbət nəticə vermədi.

Yuxarıda qeyd edilən tender və katirovkalardakı şübhəli məqamlara aydınlıq gətirilməsi üçün Astara rayon İcra Hakimiyyətinə mürəciət etdik.



Astara rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qızbəs Məmmədova məsələ ilə əlaqədar cavab verəcəklərini desə də sonradan heç bir cavab verilmədi.

Astara rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev də məsələyə münasibət bildirmədi.

Astara rayonunda keçirilən tender və katirovkalar barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanladığımız yazılı məktuba isə cavab verilib. 



İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin adından göndərilmiş məktubda deyilir:

"Astara rayon Mərkəzi Xəstəxanası tərəfindən "İdarənin digər xərcləri" maddəsi üzrə keçirilmiş katirovka sorğusu proseduru barədə 14.12.2018-ci il tarixli müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində aidiyyatı üzrə baxılmışdır.

Müraciətinizin araşdırılması zamanı Astara rayon İcra Hakimiyyətindən alınmış 20.12.2018-ci il tarixli, 453 nömrəli məktubda Astara şəhər sakini sahibkar vergi ödəyicisi (VÖEN: 3700139942) Mirzəyev Vidadi Sabir oğlunun Astara rayon Mərkəzi Xəstəxanası tərəfindən "İdarənin digər xərcləri" maddəsi üzrə "Respublika" qəzetində dərc olunmuş "Katirovka sorğusu"na əsasən həmin müsabiqədə iştirak etdiyi, satınalan təşkilata təqdim etdiyi vergi, bank və sosial müdafiə orqanlarının arayışlarına, habelə qiymət təklifinə əsasən onunla satınalma müqaviləsinin bağlanması barədə qərar qəbul edildiyi bildirilmişdir. 

Eyni zamanda, sözügedən məktubda Astara rayonunda fiziki şəxs Vidadi Mirzəyev Sabir oğlunun 2007-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, işlədiyi müddət ərzində intizamlı sahibkar kimi vergi və tədiyyələri vaxtında büdcəyə ödədiyi, ardıcıl olaraq respublikanın və rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar "Azərbaycan", "İki Sahil" və "Astara" qəzetlərində çıxış etdiyi qeyd olunmuşdur.

Əlavə məlumat üçün bildiririk ki, dövlət satınalmalarını tənzimləyən qanunvericilikdə satınalma prosedurunun təşkili və keçirilməsi, habelə qalib malgöndərənin (podratçının) müəyyən edilərək, onunla satınalma müqaviləsinin bağlanması barədə qərar vermək səlahiyyətləri satınalan təşkilata və onun tərəfindən formalaşdırılan tender komissiyasına aid edilmişdir".

Adıçəkilən qurum və şəxslər də münasibət bildirə bilər.

Cahandar İsmiyev

Qlobal.az

Vidadi Mirzəyevin "iqtisadçı ekspert" qismində müxalifyönümlü mediada dərc edilən fikirlərinin screnləri:




Yenixeber.org olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam