Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

ANASININ SOYADINI DAŞIYAN, XANIMI HEÇ VAXT XARİCDƏ OLMAYAN “BATKA”…-Belarus prezidenti gələcək varisini anasından ayrı saxlayır

News.ru, (Rusiya)

 

Aleksandr Lukaşenko 1954-cü ildə Belarusun Vitebsk vilayətində anadan olub. Anası Aleksandrı təkbaşına böyüdüb və ona öz soyadını verib. Atası haqqında isə adından başqa heç nə məlum deyil.

Yenixeber.org: “Qadınlar kişilərdən heç də pis işləyib, pis tərbiyə vermir”, – deyə Lukaşenko hakimiyyətə gələndən sonra müsahibələrinin birində qeyd etmişdi.

Aleksandrın tərbiyəsində anası ilə yanaşı, sovet institutlarının – məktəb, pionerlik, komsomol, hərbi xidmət və partiyanın da böyük rolu olub. Pedaqoji Universitetdə tarix fakültəsini başa vurandan bir müddət sonra – 25 yaşında Komunist Partiyasına üzv olub və orada müxtəlif vəziflər tutub.

20 yaşında öz həmyaşıdı Qalina Rodionovna ilə evlənib. O, Qalina ilə məktəb illərində – yuxarı sinifdə oxuyarkən tanış olmuşdu. Xanımının dediyinə görə, Aleksandr ucaboy, yaraşıqlı oğlan olub: “Ona aşiq olan o qədər qız var idi ki. Qismətimə ən yaxşı oğlan düşdü”.

Aleksandr və Qalina

 

Aleksandr Qalinanı görə bilmək üçün onun yaşadığı kəndə 4 kilometr piyada yol gedirmiş.

Cütlük Pedaqoji Universitetdə də eyni fakültədə oxuyub. Həmin vaxt ətrafda hamı bu münasibətin evliliklə bitəcəyinə əmin idi.

Aleksandr və Qalina 1975-ci ildə ailə həyatı qurur. Elə həmin il onların ilk övladı Viktor dünyaya gəlir. Beş il sonra ikinci oğlan övladı Dmitriy doğulur. Ona qədər isə Qalina ixtisası üzrə işləyir, Aleksandr isə partiya sıralarında fəaliyyətini davam etdirirdi.

1994-cü ildən – Lukaşenko prezident olandan bu yana cütlük birgə yaşamır.

Heç kimə açıqlanmayan və məlum olmayan səbəblərdən Qalina doğma kəndində qalmalı olur. Orada məktəbdə, uşaq bağçasında işləyir, prezident və parlament seçkilərində dairə seçki komissiyasına rəhbərlik edir.

Belarus lideri bəzən kəndə gedib Qalinaya baş çəkir. Qalina isə Lukaşenkonu görmək üçün paytaxta gəlir.

Qalina kənddə dəbdəbəli olmayan evdə yaşayır. Geyim alış-verişi üçün həmkədliləri kimi, mağazaya gedir. Prezidentin xanımı heç vaxt xaricdə olmayıb.

Prezidentliyi dövründə Lukaşenkonu müxtəlif qadınlarla görüblər. Onun 2004-cü ildə dünyaya gələn oğlu Nikolayın anasının kim olduğu bugünədək dəqiq məlum deyil. Bununla belə, Qalina və Aleksandr rəsmi olaraq nikahlarını pozmayıblar. Və tərəflərin heç biri boşanmaq üçün müraciət etməyib.

«Bu nəyə lazımdır? Kimə lazımdır? Deyin görək, məndən kim boşanmaq tələb edir ki?”, – deyə Lukaşenko televiziyadakı çıxışlarının birində bu mövzuya toxunarkən bildirmişdi. Qalina isə 2005-ci ildəki müsahibəsində Aleksandra qarşı hisslərinin davam etdiyini demişdi.

Lukaşenko və İrina Abelskaya

 

Mətbuatın ehtimalına görə, Nikolayın anası o dövrdə Lukaşenkonu səfərlər zamanı müşayiət edən İrina Abelskayadır. 94-cü ilə qədər İrina Minskdəki klinikalardan birində sıravi həkim kimi fəaliyyət göstərirdi. Prezident seçilən kimi Lukaşenko köməkçilərinə ona şəxsi həkim tapmağı və bu həkimin gənc, gözəl, qamətli, subay olmasını göstəriş vermişdi.

İrina Abelskaya bu parametrlərə uğyun bilindi. Artıq müxtəlif rəsmi tədbirlərdə onu Lukaşenkonun yanında görmək olurdu.

Belarusdan olan məmurların dediyinə görə, Lukaşenko İrinaya etibar edirdi. Hətta nazirlər tez-tez bu və ya başqa problemlə bağlı İrinaya müraciət edirdilər. İrinanın təsir gücü və nüfuzu getdikcə artırdı.

Abelskaya ziyafətlərin birində hərəkəti ilə özünü ələ verir. O, Lukaşenkonun nazirlərdən birinin gənc xanımı ilə söhbət etdiyini, sonra da onu rəqsə dəvət etdiyini görür. İrina musiqinin bitməsini gözləmədən onlara yaxınlaşaraq rəqsi bölür.

2001-ci ildə İrina Lukaşenkonun şəxsi həkimi olmaqdan çıxır. 2007-ci ildən isə Nikolayın təlim-tərbiyəsi ilə yalnız Lukaşenko məşğul olur. Deyilənlərə görə, uşaq öz anasını görmür.

İrina Dorofeyeva

 

2007-ci ildə Lukaşenko Mahnı Teatrını ziyarət edir və ifaçı İrina Dorofeyevanın çıxışını izləyir. Elə orada “İrini Dorofeyeva – Belarusun siması” dövlət proqramı təsdiqlənir.

Və az sonra ölkə rəhbəri televiziyanın efirində Dorofeyevanı ad günü münasibətilə təbrik edir.

Dorofeyevanın qonşuları danışırdılar ki, həyətdə gəlib-keçənin sənədlərini yoxlayan xüsusi xidmət orqanlarının əməkdaşlarını görürlər. Artıq insanlar belə qənaətə gəlmişdilər ki, Lukaşenko müğənniyə qonaq gedir.

2008-ci ildən prezidenti yeni şəxsi həkimi – Svetlana Konoşenko müşayiət etməyə başladı.

Darya Şmanay

 

Son on ildə Lukaşenko tez-tez model görünüşlü qızların əhatəsində görünüb. Onların bir neçəsi ayrı-ayrı illərdə “Miss Belarus” yarışmasının qalibi seçilib. Belarus prezidenti ilə adı qoşa çəkilənlərdən biri də gözəllik yarışmasının qaliblərindən Darya Şmanay olub.

Kənd həyatından çıxan Lukaşenko dəbdəbəni sevmir, evinə qiymətli əşyalar qoymur və sadə yeməklər yeyir.

Belarus prezidenti tez-tez şəhər və kəndləri ziyarət edir, kəndlilərlə söhbətləşir, hətta məhsul yığımında iştirak edir. Ümumiyyətlə, Lukaşenko torpaqda işləməyi sevir. Fransanın məşhur aktyoru Jerar Depardye Belarusa qonaq gələndə Lukaşenko onu kolxoz sahələrinə ot biçməyə aparmışdı.

Belarus prezidenti çimərlik istirahətini qətiyyən sevmir. İstiyə dözümünün olmadığını deyən Lukaşenko dənizin sahilində uzanmağa nifrət etdiyini bildirib. Bundansa, odun qırmağa və idmanla məşğul olmağa üstünlük verdiyini deyib.

Son bir neçə ildir ki, Lukaşenko qış aylarında məzuniyyət götürür və dincəlmək üçün Soçiyə gedir.

Böyük oğlanları – Viktor və Dmitri Belarusda yüksək postlar tuturlar. Onların hər ikisi sərhəd qoşunlarında xidmət edərək kapitan rütbəsinə qədər yüksəliblər.

Kiçik oğlu isə Nikolayı uşaqlıqdan əl əməyinə öyrədir. Nikolay atası ilə birgə kartof becərir, sahədən tərəvəz yığır.

Lukaşenko kiçik oğlu Nikolayla

Kənd təsərrüfatı ilə yanaşı, Lukaşenko idmanı da çox sevir. Hər səhər ən azı 10 kilometr məsafəni qaçır. Xokkey oynamğı xoşlayır. Prezident etiraf edir ki, uşaqlıqda futbola böyük sevgisi olub və peşəkar futbolçu olmağı arzulayıb. Lakin yaxşı məşqçi ilə qarşılaşmadığı üçün bu arzusu gerçəkləşməyib.

Lukaşenko həm də avtomobil həvəskarıdır və tez-tez yeni modelləri test edir.

Belarus lideri nəvələri ilə vaxt keçirməyi sevir. Oğlu Viktorun iki qızı, iki oğlu var. Nəvələrindən biri olan Viktoriya 2008-ci ildə “Qara pişiyin belində”adlı Belarus bədii filminə, iki il sonra isə “Şam işığında fal” adlı rus serialına çəkilib.

Lukaşenko kiçik oğlu Nikolaya xüsusi qayğı göstərir. Dediyinə görə, getdiyi hər xarici səfərə onu özü ilə götürməyə məcburdur: “Yoxsa ki, nə yatacaq, nə də yemək yeyəcək. Təyyarədə isə mənimlə yeyir, yatır. Məgər onu başdan etməliyəm? Mənə mane olur ki?”.

Bu il Nikolayın 14 yaşı tamam olub. Lukaşenko bir neçə dəfə bəyan edib ki, varisi məhz Nikolay olacaq…

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam