Xəbər verdiyimiz kimi Sabirabad rayonunda şəhid atası Etibar Muradovla Ulacalı kənd uşaq bağçasının müdiri Sevinc Mikayılova arasında qalmaqal yaranıb.
Yenixeber.org: Şəhid atası Etibar Muradov XALQ-a açıqlamasında deyib ki, həyat yoldaşı Fatma Muradovanın sözügedən bağçaya işə qəbul olunması üçün müraciət edib.
Onun sözlərinə görə, aldığı cavab nəinki mənfi olub, hətta bağça müdirəsi tərəfindən çox kobud qarşılanıb: Şəhid atası bildirib ki, eşitdikləri qarşısında mat-məəttəl qalıb və nə deyəcəyini bilməyib: “Şəhid anası, yaşlı, dərdli bir qadının işə düzəlməsi ilə bağlı müraciətimizə bu cür cavab almağımız kənd camaatı tərəfdən də birmənalı qarşılanmayıb.

İddialarda qeyd olunur ki, Sevinc Mikayolova bağça işçilərinin maaşlarını kəsir, uşaqlara ayrılan ərzaq paylarını mənimsəyir, bəzi işçiləri isə öz evində xidmətçi kimi işləməyə məcbur edir. Şəhid atası Etibar Muradov qeyd edib ki, məsələ ilə bağlı prokurorluğa və Mil-Muğan Regional Təhsil İdarəsinə rəsmi şəkildə müraciət edib. Lakin bu günə qədər heç bir tədbir görülməyib.
Mil-Muğan Regional Təhsil İdarəsi Sevinc Mikayılovanı nə üçün, hansı səbəbdən vəzifəsindən azad etmir bu isə qaranlıq məqamdır. Kimdir himayədarı?
Bu məsələdən görəsən Elm və Təhsil naziri Emin Əmrullayevin məlumatı var?
Bağça işçilərinin maaşlarını kəsən , uşaqlara ayrılan ərzaq paylarını mənimsəyəni Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bağça müdiri Sevinc Mikayılovanı hansı səbəbdən belə qoruyur?
Bu suallara isə aidiyyatı qurumların araşdırması gərəkdir?
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə və Sevinc Mikayılovadan açıqlama almaq mümkün olmadı.
Videosujetdə adları keçənlərində fikirlərini yayımlamağa hazırıq.









AZ
RU
