Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Ah İstanbul, İstanbul... Qos-qoca şəhərin adı fahişəxana məkanı kimi hallanır

Binəqədidə “İstanbul restoran” adı altında əxlaqsızlıq yuvası

 

Xeberinfo.com:   Bir müddət əvvəl Daxili İşlər naziri cənab Ramil Usubovun imzaladığı sərəncamla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindən çıxarılaraq, bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Şikayət edən rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar.



Bakunews.az-a sakinlərin bildirdiyinə görə, problem “İstanbul” otelidir. Əslində bu sadəcə “İstanbul” kafesi kimi qeydiyyata alınıb. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki “İstanbul” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” hotelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil. Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” hotelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İinsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim eilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Əvvəlcə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanov tərəfindən 24.10.2013 tarixində Binəqədi RPİ-nin rəisi, polis polkovniki Ağalar Məhərrəmova ünvanlanmış rəsmi müraciət ünvanlandı. Həmin müraciətdə təqdim olunan məlumatlar əsasında müvafiq tədbirlərin görülməsi tövsiyyə olunurdu. 

Dövlət orqanlarının məmurlarının əxalqsızlıq yuvalarının sahibləri ilə işbirliyi ölkədə əməlli-başlı özbaşınalığa, insanların əşya kimi satılmasına gətirib çıxarmışdır. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan əlbəttə bütün hüquq mühafizə orqanları xəbərdardır. Lakin, heç bir iş görülmür.

Bununla belə əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərini görürük. Bəzi həllarda isə yüksək rütbəli polis əməkdaşları belə obyektlərə hətta himayədarlıq etməkdə ittiham olunurlar. Qeyd olunduğu kimi “İstanbul” oteli Binəqədi RPİ-nin cəmi bir neçə yüz metrliyində yerləşir. Buna baxmayaraq RPİ nədənsə bu əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Bu gün isə Binəqədi rayon sakinləri nəhayət ki, “İstanbul” hotelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanırlar. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.

             Polis rəisi əxlaqsızlıq yuvalarına havadarlıq edir



Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozması da acı bir reallıqdır. 

Əldə olunan məlumatlarda Bakının Binəqədi rayon sakinlərinin də artıq uzun müddətdən bəri belə bir problemlə üz-üzə qaldıqlarından bəhs olunur. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapmışdır. Artıq qeyd olunduğu kimi bu obyektə gələnlərin əksəriyyəti məhz intim xidmətlərə olan tələbatlarını ödəmək məqsədi güdürlər. “İstanbul” otelinin rəhbərliyi isə bu kimi tələbatların qarşılanması məqsədilə müştərilərinə tam servis paketi təklif edir. 
Belə ki, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “İstanbul”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. Daxil olan məlumatlarda obyektin sahibi kimi təqdim olunan Akif adlı şəxsin oteli öz qardaşı oğlu Samirə icarəyə verdiyi bildirilir. 

Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. Bu kimi məlumatlar dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin problem hələ də öz həllini tapa bilmir. Binəqədi RPİ nədənsə bu pritonun fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə etmir. Rayon sakinləri onları uzun müddətdən bəri narahat edən problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etmək istəmişdilər. Lakin bu gün artıq bu qurumun da “İstanbul” oteli ilə bağlı yaranmış vəziyyətə müdaxilə imkanlarının məhdudluğu özünü aşkar göstərir. 

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyində baş vermiş dəyişiklik, idarənin “İstanbul” probleminə münasibətində heç bir dəyişikliyə səbəb olmamışdır. Həmçinin bu biabırçılığa son qoymaq üçün Bakı Şəhər Baş Polis İdarəsi və yaxud da Daxili İşlər Nazirliyinin digər müvafiq idarələri tərəfindən də hələ ki, heç bir tədbir görülmür. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə, polis orqanlarının bu liberallığını təmin edən səbəb, obyektə yoxlamaya gələn əməkdaşlara “vaxtında və yerində olunan hörmətdir”...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam