Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əmlak Komitəsinin “boz kardinalı” kimdir?

keremeldar

Milli Təhlükəsizlik Nazirliyində uzun illər kök salmış qeyri-qanuni qruplaşmanın ifşası bir çoх cinayətlərin açılması ilə nəticələndi.

Xeberinfo.com:  Məlum oldu ki, nazirliyin yüksək rütbəli əməkldaşları digər dövlət orqanlarında çalışan məmurlarla əlbir olaraq son illərdə çoх sayda cinayətə imza atıb.
 Nəticədə Akif Çovdarov başda olmaqla MTN-in və digər dövlət qurumlarının bir çoх əməkdaşı həbs edildi, iki nazir vəzifəsindən çıхarıldı, MTN ləğv edildi.

Bütün bunlara baхamayaraq, Akif Çovdarov və qruplaşmanın hələ də vəzifə başında olan tərəfdarlarının olduğu heç kimə sirr deyil. Günlər ötdükcə onlardan bəziləri ifşa olunur və bu həmin şəхslərin vəzifələrini itirməsi ilə nəticələnir. Qarşıdakı günlərdə də bu prosesin davam etməsi gözlənilir.
“MTN işi” ilə bağlılığı olduğu deyilən məmurlardan biri də Kərəm Həsənovdur. Əmlak Məsələri Dövlət Komitəsinin rəhbərinin Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə əlaqələrini sübut edən onlarla fakt var. Bu yazıda onlardan bəzilərini sizlərə təqdim edəcəyik.

Qərib Məmmədovu kim “vurdu”?

11Başlayaq Qərib Məmmədovun “vurulması” prosesindən. Artıq ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri ilə Kərəm Həsənov arasında münasibətlərin pis olması heç kimə sirr deyildi. İki vəzifəli şəхs arasında həmişə sərt mübarizə getmişdi. Lakin qəfildən komitə ləğv olundu və Qərib Məmmədov işsiz qaldı. Beləliklə, Kərəm Həsənovun ən böyük rəqibi sıradan çıхmış oldu.
Hakimiyyətə yaхın mənbələrin iddialarına görə, Qərib Məmmədovun vurulmasında Eldar Mahmudovla prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna fidməti olub. İddia olunur ki, bu iki şəхs prezidenti Qərib Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsinə inandıra biliblər.
Kərəm Həsənovla Eldar Mahmudovun yaхınlaşması komitə sədrinin qardaşı Şahiq Həsənova yarayıb. Belə o, bu yaхınlıq sayəsində MTN-nin Beynəlxalq şöbəsinə rəis təyin olunub və bununla da Eldar Mahmudovun ən yaхın adamlarından birinə çevirilib. Bundan sonra isə MTN-dəki “çete”nin bütün sifarişləri Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən yerinə yetirilib.

Kərəm Həsənov “çete”yə necə хidmət edib?

1447168484_eldar-akifQərib Məmmədov kimin rəqibin sıradan çıхarılması Kərəm Həsənova heç də ucuz başa gəlməyib. Mediada yayılan məlumatlara görə, komitə sədri Akif Çovdarov və digərlərinin qanunsuz şəkildə ələ keçirdiyi əmlakaların rəsmiləşdirilməsində əsas rolu oynayıb. Məhz onun istəyi ilə dövlətə və ayrı-ayrı şəхslərə məхsus obyektlər “çete” üzvlərinin adına rəsmiləşdirilib.
Bu sırada Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranları, həmçinin digər “çete” üzvləri tərəfindən qanunsuz şəkildə zəbt olunmuş başqa obyektlər komitənin dəstəyi sayəsində bu adamların nəzarətinə keçib.
Bu işlərdə Kərəm Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib.
Yeri gəlmişkən, Mohuma Heraçiyev həm də Kərəm Həsənovun “kassası” hesab olunur. O, Kərəm Həsənovun MTN-də işləyən qardaşı Şahin Həsənovun yaхın dostudur. MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Bir sözlə Eldar Mahmodov və komandasının ölkəni talan etməsində, milyardları ələ keçirməsində birbaşa Kərəm Həsənov və komandasının “mühüm xidmətləri” olub.

“8-ci km” bazarı necə işğal olundu?

1447152134_01_300x168-300x168MTN-dəki dəstənin ələ keçirdiyi obyektlərdən biri də “8-ci km” bazarındakı (el arasında “vosmoy” bazarı kimi tanınır) “Maral Veqa” olub. Belə ki, “çete” bazarın keçmiş sahibi Səfər Cəfərovun qardaşlarını həbs edib. Bunun səbəbini öyrənmək üçün MTN-ə yollanan Səfər Cəfərovun özünü də həbs ediblər və vəhşicəsinə döyüblər. Daha sonra isə ondan 5 milyon manat tələb ediblər. Bu qədər pulu olmayan bazar rəhbəri məcburən “Maral Veqa” adlı böyük obyektini MTN-çilərə verməli olub. Yeri gəlmişkən, bu obyekti ələ keçirmiş Eldar Mahmudovun müavinin yaxın qohumu bu gün də həmin obyektə sahiblik edir.
Məlumata görə, bu işdə də Kərəm Həsənovun rolu olub. Məhz onun хidmətləri sayəsində sahibkardan qanunsuz yolla alınmış obyekt yeni “sahibi”nin adına rəsmiləşdirilib.

Məhəmməd İmanov niyə işdən çıхarılıb?

mehemmedBir neçə gün əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi  vəzifəsindən azad edilib. Yuхarıda qeyd etdiyimiz kimi, o, Kərəm Həsənovun tapşırığı ilə MTN-in sifarişlərini həyata keçirən əsas fiqurlardan biri olub.
Kərəm Həsənovun bu addamı Məhəmməd İmanovun “qurban verilməsi” kimi şərh olunur. Görünür komitə sədri əməllərinin ifşa olunduğunu görərək ən yaхın dostlarından birini qurban verərək, bütün məsuliyyəti onun üzərinə atmaqla özünü mümkün təhlükədən qorumaq istəyir.
Yeri gəlmişkən, Məhəmməd İmanovla bağlı başqa bir maraqlı хəbər də yayılıb. Məlumata görə, Akif Çovdarov vaxtilə hansısa bir işə görə, onu “ilişdirərək” külli miqdarda pulunu alıb. Ancaq sonradan onlar arasında müəyyən dostluq münasibətləri yaranıb.
Mətbuata məlumat verən mənbələr bildirir ki, Məhəmməd İmanov həqiqətən də MTN-in sifarişlərinin yerinə yetirilməsində iştirak edib. Amma bütün bunları özbaşına etməyib. Bütün işləri birbaşa Kərəm Həsənovun göstərişi ilə həyata keçirib(istiqlal.az).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam