Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Eldar Mahmudov və Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satır -SƏBƏB

Eldar Mahmudov və Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satır, səbəb...

“Köhnə qvardiya”nın yeni macəraları bitmək bilmir...

Yenixeber.org: Sabiq MTN şefi Eldar Mahmudov və Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov Böyük Britaniyadakı mülklərini təcili satışa çıxarıb. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Vaxtiylə büdcədən çırpışdırdıqları pullarla Avropanı yenidən “fəth edən”, bu coğrafiyada, eləcə də Böyük Britaniyada dəyəri milyonlarla hesablanan mülklər alan hər iki şəxs, dəyişən dünya nizamına uyğun olaraq öz bizneslərinin idarə edilməsində də bəzi dəyişikliklər etməkdədir. Bu dəyişikliklərdən biri də vaxtiylə Böyük Britaniyada aldıqları mülkləri satmaq, həmin vəsaiti Avropanın digər dövləltərində daşınmaz əmlak sektoruna yatırmaqdır.

Məlumatı verən mənbənin sözlərinə görə, Eldar Mahmudov və Vüsal Novruzovun Britaniyadakı mülklərini satmasına səbəb isə London hökumətinin oğurluq pullara qarşı mübarizə tədbirlərini daha da sərtləşdirməsidir. Son iki ildə içərisində azərbaycanlı sabiq məmurlar, onların ailə üzvləri də olmaqla, dünyanın onlarla ölkəsindən xeyli sayda məmurun Britaniyadakı mülklərinə həbs qoyan London hökuməti, bu mülkləri Britaniya dövlətinin xeyrinə müsadirə etməkdədir. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yodlaşı Zamirə Hacıyevanın Londondakı malikanəsinin, o cümlədən qolf meydançasının müsadirəsi Britaniya hökumətinin bu məsələdəki prinsipaillığından xəbər verir. Bu səbəbdən də Eldar Mahmudov və Vüsal Novruzov Britaniyadakı mülklərini satmaqla əmlak və pul itkisindən sığortalanmağa çalışır. Onlar hesab edir ki, indiki şəraitdə Britaniya ilə müqayisədə Avropanın digər dövlətləri onların pul və biznesləri üçün daha təhlükəsizdir.

Təbii, sabiq məmurlarımızın Britaniyadakı mülklərini müsadirədən xilas etməsi milli maraqlarımız baxımından da arzuedilən ola bilər. Bir şərtlə ki, bu mülklərin satışından əldə edilən vəsait Azərbaycanımızın, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının çiçəklənməsinə sərf edilsin. Hər halda Azərbaycan hamımız kimi Eldar Mahmudov və Vüsal Novruzovun da vətənidir və onlar öz lüks yaşamlarını bu vətənin pulları hesabına təmin ediblər. Belə olan halda həmin vəsaitin bir qisminin vətənimizin abadlaşmasına sərf olunmasından daha təbii, daha məntiqli heç nə yoxdur!

P.S. Bu yaxınlarda mətbuatda gedən xəbərlərə görə Kəmaləddin Heydərovun oğlanlarıda İngiltərədə bizneslərini ləğv ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam