Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kosmetoloq Rəna Soltanovanı kim qoruyur!DE-FAKTO

İqtisadiyyat Nazirliyinin inzibati aktı ilə lisenziya əlavəsi dayandırılan estetik klinika fəaliyyətini davam etdirir.

Yenixeber.org: Hazırda “Laser Beauty Estetik” klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialında kosmetoloji prosedurlar üçün qəbul həyata keçirilir.

media-rena

Xatırladaq ki, bir müddət öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən, cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilmişdi. Bundan sonra klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilmişdi.

İqtisadiyyat Nazirliyinin isə dünən verdiyi məlumata görə, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən “Laser Beauty Estetik” klinikasının fəaliyyəti dayandırılıb və filiala 2025-ci ilin 12 mart tarixinədək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Həmçinin bildirir ki,  Yasamal məhkəmənin qərarına əsasən, “Laser Beauty Estetik” klinikası  8000 manat cərimələnib.

 

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən yanvarın 22-də Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvarda davam etdirilib. Sözügedən yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər deyə məlumatda qeyd olunurdu.

media-rrr

(xalq.az)

Məlumatda adları keçənlərin də, fikirlərini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam