Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Dövlət Su Ehtiyatları Agentliyi tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı


Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “EL EPMC” MMC (VÖEN – 2007785971) ilə satınalma müqaviləsi imzalayıb.
Yenixeber.org: Məlumata görə, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “EL EPMC” MMC Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərini həyata keçirəcək və qarşılığında 41 milyon 505 min 291 manat 51 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.


Qanunun tələblərindən də göründüyü kimi, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Dövlət Su Ehtiyatları Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, “EL EPMC” MMC 30 dekabr 2022-ci il tarixində Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 14, m. 112 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Fərman Zöhrab oğludur.
“EL EPMC” MMC dövlət qeydiyyatına alındıqdan sonra yalnız Dövlət Su Ehtiyatları Agentliyinin tender müsabiqələrində qalib olub. Agentlik oktyabr ayında “EL EPMC” MMC ilə 1 milyon 909 min manat və 1 milyon 249 min 762 manat 11 qəpik dəyərində 2 satınalma müqaviləsi də imzalayıb.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam