Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir?- DE-FAKTO

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Ağsu şəhəri C.Cabbarlı küçəsi 4 ünvanında Rəhimov Əlyəddinə və M.Ə.Rəsulzadə küçəsi 19 ünvanında Mirzəliyev Sərkara 3 otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 23.10.2023-cü il tarixdə başladığı açıq tenderdü zərflərin açılıması tarixi 24.11.2023-cü ilə müəyyən edilib.

Yenixeber.org: Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “BAKU BUILDING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 163.645,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Amma qurumun Satınalma  Komissiyası bu məlumatı nədənsə dövlət satınalmalarının vahid internet portalına 8 ay keçdikdən sonra,  24.07.2024-cü ildə yerləşdirib.

Bundan başqa Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin 25.07.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatda “BAKU BUILDING”  MMC ilə Bərdə rayonu, Qaraqoyunlu kəndinin sakini Quliyeva Zeynəb Hadı qızına məxsus fərdi yaşayış evində bərpa işləri üzrə keçirilmiş satınalmanın nəticəsini açıqlayıb. Elanda qeyd olunub: Qalib təchizatçının adı: “Baku Building” MMC, VÖEN-i: 1300016391, Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə/V, ev 37B, İmzalanması nəzərdə tutulan müqavilənin məbləği: 46 999,99 AZN, Gözləmə müddətinin sonu: 01 avqust 2024 iş gününün sonu bitir.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin 23.07.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatda “BAKU BUILDING”  MMC ilə Şəki şəhəri, B.Məmmədov küçəsi, ev 37 ünvanında yaşayan Məmmədzadə Gülnarə Lütvəli qızına məxsus fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi üzrə keçirilmiş satınalmanın nəticəsini açıqlanıb. Elanda qeyd olunub:  Qalib təchizatçının adı: “Baku Building” MMC, VÖEN-i: 1300016391, Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə/V, ev 37B, İmzalanması nəzərdə tutulan müqavilənin məbləği:  33.356,48 AZN, Gözləmə müddətinin sonu: 31 iyul 2024 iş gününün sonu bitir.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin 11.06.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatda “BAKU BUILDING”  MMC ilə Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə keçirilmiş satınalmanın nəticəsini açıqlanıb. Elanda qeyd olunub:  Qalib təchizatçının adı: “Baku Building” MMC, VÖEN-i: 1300016391, Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə/V, ev 37B, İmzalanması nəzərdə tutulan müqavilənin məbləği: 162169,27 AZN, Gözləmə müddətinin sonu: 20 iyun 2024 iş gününün sonu bitir.

Qeyd edək ki, bu son üç satınalmanın nəticəsi barədə verilən məlumatda “Baku Building” MMC -yə məxsus olduğu göstərilən VÖEN-: (1300016391) əslində “TURANBANK”  Açıq Səhmdar Cəmiyyətinə aiddir. Bundan başqa satınalmalar üzrə bağlanmış müqavilələr də dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməyib.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “BAKU BUILDING”  MMC (VÖEN 1005706701) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ Ə/V, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirzəyev Əli Məmməd oğlu olub. Göyüşov Mahal İman oğlu da 2019-cu ilin fefral-sentyabr aylarında qanuni təmsilçisi olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında MMC 26.12.2019-cu ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə, 05.06.2020-ci ildə isə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə lisenziya alıb.

Lakin elektron mediada yayılan məlumatlarda “BAKU BUILDING”  MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır. Belə ki, eyni vaxtda ayrı-ayrı rayonlarda təmir tikinti işləri üzrə satınalmaların qalibi olması, MMC-nin eyni vaxtda həm Bakı şəhərində, həm Şamaxı, həm Ağsu, həm Lənkəran, həm Kürdəmir, həm Neftçala, həm də Cəlilabad rayonlarında dövlət sifarişərini yerinə yetirməyə əmək müqaviləsi ilə çalışan peşəkar işçi qüvvəsinin olması (“Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” ) meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar) xüsusi tələblərə uyğun olmadığını açıq şəkildə göstərməkdədir.

Bundan əlavə “BAKU BUILDING”  MMC ilə bağlanılmış müqavilələrin FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməməsi satınalmalarda qanunsuzluqlara yol verildiyinə şübhələri daha da artırır. Bu şübhələr özünü qəzalı evlərin təımirinə, yeni fərdi yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlərdə də özünü göstərir. Məsələn Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisinə 162 169,27 manatın ayrılmasının özündə də şübhələr çoxdu. Burada qiymətlərin şişirdildiyi açıq-aydın görsənməkdədir.

Qeyd edək ki, “BAKU BUILDING” MMC -nin əsl sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir. Təbii ki, burada Əli Mirzəyevin köhnə əlaqələri də az rol oynamır. Məsələn, “BAKU BUILDING” MMC iyun ayında təkcə Mədəniyyət Nazirliyinə tabeli  “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 tenderinin qalibi olub və ümumi dəyəri 349 259 manat olan sifarişlər alıb. Əvvəllər də Mirzəyevlərə məxsus şirkətlərin Mədəniyyət Nazirliyinə tabeli qurumların tenderlərini udduqları barədə kifayət qədər məlumatlar var. MMC  Xaçmaz rayon İcra Hakimiyyətinin çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərinin satınalınması üzrə 26.09.2024-cü ildə yekunlaşdırdığı tenderin də qalibi olub və tərəflər arasında 533.651,41 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Təbii ki, bütün bunları MMC-nin sahibi Əli Mirzəyev köhnə əlaqələrinin hesabına əldə edir. Axı o vaxtı ilə Ramazan Mirzəyevə məxsus olduğu deyilən onlarla “otkat” şirkətlərə də başçılıq edirmiş. (Aktualinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam