Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır -Fazil Musayev niyə cərimələnmir?

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır - Fazil Musayev niyə cərimələnmir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) balansında olan "Bakı 4 №-Li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asvalt zavoddan narazılıq var.
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Bakı 4 №-Li Yol İstismarı" MMC-yə məxsus asvalt zavod işləyəndə havaya qatı və kəskin qoxulu tüstü buraxır. Ərazidə yaşayan sakinlər bildirirlər ki, çox vaxt gecələr işləyən zavodun tüstüsü evlərimizin içinə qədər gəlib çatır. Bundan başqa zavodda formalaşan çirkab sular yenə də gizli şəkildə Böyük Şor gölünə axıdılır.
Bildirək ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq və cərimə edilib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq Fazil Musayev yenə də qatı tüstü buraxan və havanı zəhərləyən asvalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxınlığı ilə tanınır. Məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın satışını da həyata keçirir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.(azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam