Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -İLGİNC FAKTLAR

Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb

Stadionun ilkin mərhələdə yenidən qurulması üçün Azad Rəhimovun oğlu Arif Rəhimovun ortağının şirkətilə 15 milyon manatlıq satınalma müqaviləsi imzalanıb 
Yenixeber.org: Gənclər və İdman Nazirliyi avqustun ortalarında "İnşaatçı 3" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə dəyəri 15.084.799,04 AZN olan satınalma müqaviləsi imzalayıb. 
Müqavilədə qeyd olunub ki, MMC Gəncə Şəhər Stadionunun ilkin mərhələdə yenidən qurulması üzrə xidmət göstərəcək və işlər 5 ay davam edəcək. 
Bu satınalma müqaviləsi tender keçirilmədən imzalanıb. 
Görüntü dövlət satınalmalarının elektron məlumat bazasından götürülüb
Rəsmi dövlət sənədlərindən aydın olur ki, "İnşaatçı 3" MMC 2009-cu ildə "Əliyev Şəmil Əli Hüseyn oğlu və Sadıxov Akif Ənvər oğlunun tam ortaqlı inşaatçı şirkəti" adı ilə yaradılıb. 
2016-cı ildə isə adı dəyişdirilərək "İnşaatçı 3" MMC adlandırılıb. Sonradan şirkətin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu olub. 
2024-cü ilə aid sənədlərdə də şirkətin qanuni təmsilçisinin Qeys Siraclı olduğu göstərilir. 

Görüntü "Google Earth” 
Böyük Britaniyada şirkətlərin reyestr məlumatlarına görə, 2012-ci ildə qeydiyyatdan keçirilən, əvvəlki adı "ARGS Construction Limited olan AR & Co Trading Limited”in ortaqlarından biri Qeys Siraclı olub. 
2016-cı ilin noyabrında ləğv edilən şirkətin digər ortağı isə həmin illərdə gənclər və idman naziri olan Azad Rəhimovun oğlu Arif Rəhimov idi. 
2021-ci ildə nazir Azad Rəhimovun vəfatından sonra onu Fərid Qayıbov əvəzləyib. 
Buna baxmayaraq, keçmiş nazir oğlunun iş ortağı hələ də Gənclər və İdman Nazirliyinin milyonlarla dəyəri olan satınalma müqavilələrini tender qayğısı olmadan imzalayır(Abzas Media) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam