Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Abdin Fərzəliyevin tapşırıqları icra olunur…..- Bu ağaclar kəsilməlidir!!!! -FOTOFAKT

Aşağıda göstərilən şəkillərdən göründüyü kimi Abşeron rayonu ərazisində ağaclar yerindədi, amma ağaclar artıq kənar müdaxilə nəticəsində qurudulub və yaşıllığını itirib.  Bu ağaclar ötən aylara qədər yaşıl və sağlam idi, artıq ağacların məhv edilməsi və yerində obyektlərin tikintisi üçün  hərəkətə keçilib.

Yenixeber.org: Redaksiyamıza verilən məlumata görə, rayon üzrə yaşıllıqların vəziyyəti ilə bağlı keçirlən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.

Daha dəqiq desək  bu məhv edilmiş yaşıl ağacların olduğu  ərazidə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin xeyr-duası ilə bir müddətdə sonra obyekt tikintisi həyata keçirləcəyi heç də təəcüb doğurmayacaq çünki belə hallar ilk dəfə deyil . Xəbər  vediyimiz kimi mətbuatda dərc olunan  yazılarda  Abşeron rayon ərazisində yaşıl ağaclar məqsədli şəkildə qurudulur və sonra kəsilərək yerində obyekt tikilir. 

 

Belə hadislərlə bağlı, fotofaktlarla mütəmadi xəbər hazırlayıb dərc olunsada Abdin Fərzəliyev yaşıllığa qarşı soyqırım “fəaliyyətini” davam etdirir. Görünən odur ki, Abşeron Rayon İcra Hakimiyyıtinin başçısı Abdin Fərzəliyevin də ölkəmizdə keçiriləcək COP 29 tədbirinə töhvəsi elə bu imiş.

Abşeron rayonu ərazisində  sağlam  yaşıl ağaclar qurudularaq kəsiləcəyi  və həmin ərazidə obyektlərin tikintisi həyata keçirəcəyi gözlənilən ərazilərin fotolarını təqdim edirik:(xalq.az)

       


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam