Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Ramin Abdullayev özünə “Mitsubishi Pajero Sport” alır –Dağlarda ov ovlamağa, quş quşlamağa

Yenixeber.org: Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Mitsubishi Pajero Sport” markalı avtomobilin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilməyən, bir mənbədən satınalma proseduruna yekun vurub. Satınalmanın qalibi “Diamond Motors” MMC  seçilib və tərəflər arasında 79.100 manat məbləğində müqavilə bağlanıldığı barədə məlumat portalda 03.07.2024-cü ildə dərc edilib.

Qeyd edək ki, 2006-cı il noyabrın 20-də “Diamond Motors” MMC ilə “Mitsubishi Motors” regional distribütoru arasında imzalanmış sazişə əsasən “Diamond Motors” MMC Azərbaycanda “Mitsubishi Motors” şirkətinin rəsmi dileri olub. Sazişə əsasən, “Diamond Motors” MMC “Mitsubishi Motors”un yük maşınları və avtobusları da daxil olmaqla avtomobillərin bütün model sırasını satmaq hüququnu əldə edib. Azərbaycanda 2006-cı il dekabrın 25-dən “Mitsubishi Motors” avtomobillərinin rəsmi satışlarına start verilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DİAMOND MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.11.2006-cı il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, BAKI-SUMQAYIT ŞOSSESİ, qanuni təmsilçisinin isə Əsədov Elçin Qamət oğlu olduğu göstərilir.

Dövlət reyestrinə edilmiş dəyişikliklərdə MMC-yə Hüseynov Rəşid Səmənd oğlu, “Audatex-Azərbaycan” şirkətinin icraçı direktoru Zakir Zahid oğlu Kərimzadə də qanuni təmsilçilik edib. 2016-cı ilin avqustundan Əsədov Elçin Qamət oğlu MMC -nin dəyişməz qanuni təmsilçisidir.

Elektron medianın 2021-ci ilin noyabrında yaydığı məlumatda bildirilir ki, yapon avtomobil markası olan “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkəti “Subaru Azərbaycan”nın rəhbəri dəyişib. “Subaru Azərbaycan”a bu günə qədər rəhbərlik edən Şahin Şahverdiyev Əmiraslan oğlu vəzifəsindən azad edilib. Onun yerinə bu şirkətə Elçin Əsədov Qamət oğlu təyin edilib. Qeyd edək ki, E.Əsədov 2005-ci ildən Honda Azərbaycan-a rəhbərlik edirdi. Xatrıladaq ki, “Subaru Azərbaycan” MMC 2006-cı ildə yaradılıb və 3 700 020 manat nizamnamə kapitalına sahibdir.  Mafraqlıdır, “Subaru Azərbaycan” MMC -dən fərqli olaraq  “Diamond Motors” MMC-nin nizamnamə kapıtalı niyə cəmi 20 manatdır.

Şirkətin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə satmaq istədiyi avtomobilin hansı ilə aid olduğunu müəyyən edə bilmədik. Çünki, tenderin bir mənbədən satınalma üsulu ilə keçirildiyindən şərtlər toplusunda Mərkəzin almaq istədiyi avtomobilin ümumi vəziyyəti haqqında ətraflı məlumat əldə etmək olmur. Buna baxmayaraq biz “turbo.az” saytı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi 2024-cü il istehsalı olan  0 km “Mitsubishi Pajero Sport” markalı avtomobilin qiyməti 44 900 -46 500 ABŞ dolları arası dəyişir. Saytda 2022-ci ilin “Pajero Sport” markalı avtomobili 39 800 ABŞ dollarına, 2020-ci ilin sözügedən markalı avtomobilinin qiyməti 49 500 manata təklif olunur.

Qeyd edək ki, hələ 2011-ci ildə Baş nazir “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar imzalayıb. Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Eyni zamanda baş nazir dövlət orqanlarına tapşırıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Bununla bağlı Prezident İlham Əliyev də dəfələrlə məmurları, dövlət qurumlarını Azərbaycanın özündə istehsal olunan avtomobillərdən istifadə etməyə çağırıb. Lakin görünən budur ki, nə yerli, nə də mərkəzi icra hakimiyyəti orqanları, eləcə də dövlət xidmət qurumları avtomobillərlə bağlı qoyulan tapşırıqlara əməl etmirlər.

Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir. 28.12.2021-ci il tarixindən Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə Ramin Abdullayev təyin olunub. Buna qədər o 12.04.2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müvafiq əmrinə əsasən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunmuş, 05.06.2020-ci il tarixdən Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinin icrası həvalə edilmişdir.

Elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Onun öz vəzifəsindən sui-istifadə etməsi, şəxsi maraqları naminə dövlət və ictimai maraqları qurban verməsi ilə bağlı ölkə mediasında kifayət qədər geniş məlumatlar mövcuddur. Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin almaq istədiyi “Mitsubishi Pajero Sport” markalı avtomobil də çox güman ki, sədr Ramin Abdullayev üçün alınır. Amma burada maraqlı bir nüans var. Adətən dövlət məmurları sedan tipli lüks avtomobillərə üstünlük verirlər. Görsənən odur ki, Ramin Abdullayev “Mitsubishi Pajero Sport”u Bakı şəhərinin düz yolları üçün deyil, dağlarda səyahət etməyə, ov ovlamağa, quş quşlamağa alır.(aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam