Redaktor seçimi
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
Günün xəbəri

Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur? -DE-FAKTO

Son zamanlar Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib.Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir.

Yenixeber.org: Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz.
Bu günlərdə Mediatv.az-ın redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı müəyyən məlumatlar daxil olub.
Daxil olan məlumatlarda qeyd olunur ki, həmin tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarından lazımi icazəverici sənədlər alınmayıb, tikinti işlərinin aparıldığı ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətləri keçir, hətta ərazinin "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən aparıldığı bildirilir.
Daxil olan məlumatlarda o da bildirilir ki, inşaası həyata keçirilən tikiliyə aid müxtəlif  işlər görülərkən normativ tələblərə riayət olunmur və belə bir səbəbdən də, ətraf ərazilərə xoşagəlməz səs-küy yayılır, ərazini toz-torpaq və s. ağuşuna alır.
Bu da tikinti işlərinin aparıldığı əraziyə yaxın yerlərdə yaşayan sakinlərin, ərazidən ötüb–keçən piyadaların haqlı narazılığına səbəb olur.Bununla əlaqədar olaraq bir neçə aidiyyatı quruma rəsmi sorgu ilə müraciət etmişik.Sorgumuzdan 1 aya yaxın vaxt keçməsinə baxmayaraq hələ heç bir qurum sorgumuzu cavablandırmayıb.
Görünür səlahiyyətli şəxslər tikinti aparan şəxsə "müəyyən şərtlər daxilində" tikinti aparmağa icazə verib.Əslində isə Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı, qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Amma çox təəsüüflər olsun ki, Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri belə bir qanunsuz tikintiyə hələ də göz yumurlar..


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam