Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

KTN-də ASC sədri uğrunda mübarizə -Surxan Novruzov rəqiblərinə qalib gələcəkmi?

bitmap-img6

May ayının sonundan boş qalan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri uğrunda mübarizə başlayıb. 
Yenixeber.org: Hazırda isə “Aqrar Tədarük və Təchizat”ın (ATT) İdarə Həyətinin sədri vəzifəsindən azad edilən Aqil Quliyevi müvəqqəti olaraq Samir Murquzov əvəz edir. 
Əldə etdiyimiz məlumata görə “Aqrar Tədarük və Təchizat” ASC sədri olmaq uğrunda mübarizəyə qoşulanlardan biri də KTN-nin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzovdur. Məlumata görə Surxay Novruzovun ASC sədri olması üçün himayədarları ciddi şəkildə hərəkətə keçib. 
Qeyd edək ki, Surxay Novruzovun  KTN-nin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri təyin edilməsinin səbəkarı, hazırda Göygöl rayon icra başçısı vəzifəsində işləyən Elvin Paşayev olduğu iddia edilir. Bildirilir ki, Elvin Paşayev KTN-də Aparat rəhbərinin müavini və İnsan resursları şöbəsinin müdiri işlədiyi dövrdə, məhz onun köməkliyi ilə  Surxay Novruzov  nazirliyin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri təyin edilib. 
KTN dəhlizlərində gəzən söz-söhbətlərə görə Surxay Novruzov hərbi xidmətdə olmayıb və bu da onun nazirdən vəzifə alması üçün ciddi əngəllərdən biri hesab olunur. Lakin bu çatışmazlıq Surxay Novruzovun Nazirlikdə şöbə müdiri olmasına mane olmadığı kimi, ASC direktoru olmasında da əngəl olmamalıdır. Hər halda deyilənə görə Surxay Novruzov özü belə düşünür.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. Şirkətin missiyası aqrar məhsulların istehsal potensialının dəyər zənciri üzrə artırılmasına nail olaraq kənd təsərrüfatı sektorunun təşviqi və dəstəklənməsi yolu ilə ölkənin qeyri-neft sektorunun inkişafında rol oynamaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edərək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdir.(AzFakt.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam