Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

İman Nağıyevin oğlu otel və restoran tikdirib –Qubada

AzFakt

Azərbaycanda məmur övladlarının biznes sahəsi ilə məşğul olması barədə mətbuatda çoxsaylı məlumatlara rast gəlmək olar. Bu məmur övladları valdeynlərinin rahat şəkildə əldə etdikləri pullar hesabına rahat biznes sahələri yaradırlar.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə belə məmurlar övladlarından biri də Bakı Apelyasiya Məhkəməsinin keçmiş sədri İman Nağıyevin oğlu Rüstəm Nağıyevdir.

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə Rüstəm Nağıyev Quba rayon Qəçrəş kəndində dəyəri bir neçə milyon manat olan otel və restoran biznesinə sahibdir.

Belə ki, Rüstəm Nağıyev Quba rayonunun ən prestijli zonası olan Qəçrəş kəndində 1,2 hektar ərazidə tikinti sahəsi 1144 kvadrat olan 2 mərtəbəli otel inşa etdirib.

Rüstəm Naığyevin Qubadakı mülkü bununla bitmir.

O, tikinti sahəsi 668 kvadrat metr olan daha bir restoran inşa etdirib. Bu restoran bir mərtəbədən ibarətdir.

1.2 hektar ərazidə yerləşən və ümumi sahəsi 4200 kvadrat olan otel və restoranın hazırkı bazar qiyməti bir neçə milyon manata dəyərləndirilir.

Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 1 milyon manatdan çoxdur.

Qeyd edək ki, Rüstəm Nağıyevin atası İman Nağıyev uzun müddət məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışıb.

İman Nağıyev 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-ci 2021-ci ilə qədər Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Həmçinin 2005-2023-cü illərdə Hakimlərin Seçki Komitəsinin sədri vəzifəsində işləyib.(AzFakt.com)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam