Redaktor seçimi
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Ağalar Vəliyevin “Kristal Abşeron”u və qalmaqallı tarixçəsi -
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Günün xəbəri

General-mayor Ramiz Zeynalovun qızına məxsus şirkət iş adamına 100 min manat ziyan vurub -TƏFƏRRÜAT

Hakimiyyətdəki Zeynalovlar sülaləsi - <font color="red">ARAŞDIRMA</font>
Ramiz Zeynalov - törədilən qəza və verilməyən cəza generalı

Yenixeber.org: 27 fevral 2023-cü il tarixində Binəqədi rayon ərazisində qeyri-adi yol qəzası baş verib. “156 Evakuasiya Xidməti”nə məxsus “Mercedes Benz Axor” markalı 99C544 dövlət qeydiyyat nişanlı yük maşını DSK yolu adlanan ərazidə sürətlə dönərkən üzərində daşıdığı “LİEBHERR PR 742SL” markalı buldozeri aşıraraq yararsız hala salıb. 

Məlumata görə, 90C485 dövlət qeydiyyat nişanlı bu buldozer iş adamı Siyasət Niftəliyevə məxsusdur.

İş adamının bildirdiyinə görə, həmin gün buldozerin yaddaşında hansısa nasazlıq yaranıb. Nasazlığı aradan qaldırmaq üçün alman firmasının Abşeron rayonu, Masazır dairəsində yerləşən “LİEBHERR-Azeri LLC” servisinə müraciət edib. Servisdən texnikanı onlara gətirilməsi təklif olunub. Siyasət Niftəliyev də “156 Evakuasiya  Xidməti”nə zəng edib. Qısa müddət ərzində özünü Abşeron rayonunun Məhəmmədli kəndinə yetirən evakuasiya maşını buldozeri yükləyərək servisə aparıb. Di gəl ki, buldozeri kəmərlərlə yük maşınına bağlamağı yaddan çıxarıb. Nəticədə haqqında danışdığımız qəza hadisəsi baş verib.

 

“Evakuatorun arxasınca yaxın tanışımı öz avtomobili ilə müşayiət etmək üçün göndərdim. Üzərindən 40 dəqiqə keçməmiş tanışım mənə zəng edərək bildirdi ki, Binəqədi rayonunun “DSK yolu” adlanan ərazisində evakuator yüksək sürətlə hərəkət etdiyindən buldozeri aşırıb. Dərhal 102-yə zəng edərək qəza barədə məlumat verdim və özüm də hadisə yerinə yollandım. Araşdırma nəticəsində məlum oldu ki, evakuator sürücüsü buldozeri yükləyərkən səhlənkarlığa yol verib və onun təhlükəsizlik kəmərlərini evakuatora bağlamayıb. Üstəlik, yüklü maşını nəzərdə tutulandan iti sürüb və dönmə hərəkətini sərt şəkildə icra etdiyindən buldozeri aşırıb”, - iş adamı əməkdaşımızla söhbətində deyib.

Siyasət Niftəliyevin bildirdiyinə görə, qəza barədə 102-yə məlumat verdiyindən Binəqədi rayon DYPŞ YNH-nin əməkdaşı da hadisə yerinə gəlib və 5266144 saylı İXP protokolu tərtib edib. Buna baxmayaraq, hadisəni törədən evakuator şirkəti müxtəlif  bəhanələrlə iş adamına dəymiş ziyanı ödəmək istəməyib. Nəticədə iş adamı ona dəyən zərərin ödənilməsi iddiası ilə martın 13-də Nərimanov rayon məhkəməsinə müraciət edib. Məhkəmə isə iş adamını işi get-gələ salır.

 

Qarşı tərəfin vəkili məhkəmədə vəsadət qaldırdı ki, qəza nəticəsində mənə dəyən zərəri müəyyənləşdirmək üçün ekspert rəy verməlidir. Əslində “LİEBHERR-Azeri LLC” servisinin bu barədə ekspert rəyi var və mən həmin rəyi məhkəməyə təqdim etmişəm. Rəydə göstərilir ki, qəza nəticəsində texnikaya dəyən zərərin ümumi məbləği 106 min 168 manatdır. Amma evakuator şirkəti bu rəylə razılaşmır, müstəqil ekspert rəyi tələb edir. Halbuki, LİEBHERR markalı texnikaları yalnız firmanın özü təmir edir və məntiqlə, ekspert rəyini də o verə bilər. Üstəlik, Azərbaycan dövləti ilə firma arasında ekspert rəyi vermək barədə müqavilə mövcuddur. Bütün bu qanuni aktları qəbul etməyən evakuator şirkətinin müstəqil ekspert adlandırdıqları şəxslər isə qəza çoxdan baş verib bəhanəsi ilə rəy verməkdən imtina edirlər. Onların imtinasının isə heç bir əsası yoxdur. Çünki texnika qəzaya uğradığı gündən servisdədir və müşahidə kameralarının nəzarəti altında saxlanılır. Ona indiyədək heç bir müdaxilə də edilməyib. Gəlib kameralardan da yoxlaya bilərlər”, - iş adamı bildirib.

İş adamının dediyinə görə, qəzadan indiyədək keçən 8 ay ərzində prosesi qəsdən yubadan da elə şirkətin özüdür: “Əvvəl məhkəmə bu işi Mediasiya Şurasına göndərdi. Bütün səylərimizə baxmayaraq, şirkətin nümayəndələri bu qurumun çağırışlarına cavab vermədilər. Beləcə, prosesi qəsdən uzatdılar. Bizim işi yenidən məhkəməyə qaytarmağımızdan sonra isə müxtəlif bəhanələr tapıb prosesi qəsdən uzatdılar. Sonunda isə “müstəqil ekspert” bəhanəsi tapdılar. İndi də özlərinin tapdıqları “müstəqil ekspertlər” “qəza vaxtından çox keçib” bəhanəsi ilə rəy verməkdən imtina edirlər”. 

 

Şəkildə: “LİEBHERR-Azeri LLC” servisinin verdiyi və məhkəmənin qəbul etmədiyi ekspert rəyi

Siyasət Niftəliyevin fikrincə, şirkət qəzaya görə təzminat ödəməmək üçün bu cür oyunlardan çıxır və müxtəlif bəhanələrlə texnikanın təmiri yubadır. Nəticədə iş adamı görə biləcəyi bir çox işlərdən imtina etmək məcburiyyətində qalır. Dediyinə görə, buldozer ayda ona 15 min manat pul qazandırırdı. O da bu bu vəsaitlə işçilərinin maaşını verirdi. Buldozerin sıradan çıxması və təmir edilməməsi nəticəsində neçə işçi aylardır maaş ala bilmir, iş adamı öz müştərilərini itirir.

Siyasət Niftəliyev “156 Evakuasiya Xidməti”nin başqa “fırıldaq”larının da üstünü açdı. Bildirdiyinə görə, “xidmət” yaşana biləcək qəzalara təzminat ödəməmək üçün müştəriyə göndərdiyi evakuasiya maşınlarını sənədlərdə özünə məxsus maşın kimi göstərmirBeləcə, bütün məsuliyyət sürücünün üzərində qalır. Qəza baş verəndə təzminatı da sürücü ödəməli olur. O da sığorta pulu ilə dəyən zərəri ödəyir. Sığorta pulu isə maksimum 5 min manatdır. Halbuki xidmətin səhlənkarlığı nəticəsində bəzən müştərilərə 10 minlərlə manat zərər dəyir. Necə ki, Siyasət Niftəliyevə buldozeri təmir etdirmək üçün 100 min manatdan çox vəsait lazım olacaq. Hazırda banklara 300 min manatdan çox borcu olan iş adamının bu vəsaiti tapmaq üçün imkanları yox səviyyəsindədir.

Digər tərəfdən, şirkətin səhlənkarlığı nəticəsində hər ay mənə 15 min manat zərər dəyir. Bəs bu zərəri kim ödəyəcək”, - deyə iş adamı soruşur.

 

“Xidmət”in digər fırıldağa gəlincə, iş adamının sözlərinə görə, ölkədə bir çox evakuasiya şirkətləri var. Amma Azərbaycanda yazılmamış qanunlara görə, həmin şirkətlərə gündüz vaxtı Bakının küçələrində maşın sürməyə icazə verilmir. “156 Evakuasiya Xidməti”nə isə bu qadağaların heç biri tətbiq olunmur. Günün istənilən anı, istənilən yerə maşın sürmək səlahiyyətini tək əlində saxlayan “xidmət” müştərilərinə də doğru-dürüst xidmət göstərmir. Cəzasızlıq şəraitində istər-istəməz öz vəzifə borcuna məsuliyyətsiz yanaşdığından bu cür qəzalar yaşanır. Amma müxtəlif bəhanələrlə qanun boşluğundan da faydalanıb bu məsuliyyətin altına girmək istəmir.

Maraqlıdır, “156 Evakuasiya Xidməti” hətta məhkəmələrə təsir edə biləcək bu gücünü hardan alır?

 

Kiçik bir araşdırmamız nəticəsində məlum oldu ki, sən demə, “156 Evakuasiya Xidməti” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ailə şirkəti imiş. Başqa sözlə, Ramiz Zeynalov öz vəzifə səlahiyyətlərindən istifadə edib bu sahədə inhisarçılıq yarada bilib. Üstəlik, bunu respublikada bilməyən də yoxdur. Hətta müxtəlif zamanlarda bəzi media orqanlarında belə, şirkətin kimə məxsus olması barədə geniş yazılar dərc olunub. Qafqazinfo.az-ın 2014-cü ilə aid araşdırma yazısında bildirilir: 

“Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar 2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu Zeynalov olduğu göstərilib.

                 Aqil Zeynalov kimdir?

Saytımızda bir müddət öncə gedən bir məlumatda deyilir ki, Bakı şəhərində evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki, Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır" (mənbə: http://qazeta.com/2012/05/13/ramiz-zeynalov-bakida-evakuasiya-xidm%C9%99tini-yaxin-qohumuna-verdi/).

 

İş adamının vəkili Ramiz Hacılı isə şirkətin Dövlət Yol Polisi İdarəsinin rəisinin qardaşı oğluna deyil, birbaşa qızı Sevda Zeynalovaya məxsus olduğunu bildirir. Yəni, Ramiz Zeynalov şirkətin ona məxsus olduğunu gizlətməyə belə lüzum görmədən birbaşa qızının adına rəsmiləşdirib. 

“Ramiz Zeynalovun qızına məxsus karqo avtomobilinin, surucusunun təqsiri üzündən sahibkara 100 min manatdan  cox maddi ziyan vurulub. Ramiz Zeynalov vəzifəsindən sui-istifadə istifadə edərək Ekspertiza İnistutunun ekspertlərinə təyziq göstərib, rey verilməsinə mane olur, nəticədə ekspertlər rəy verməkdən imtina edirlər. Hal-hazırda iş Kommersiya məhkəməsində araşdırılır. Bu  barədə Ədliyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişəm. Çünki ekspert qanunla rəy verməkdən imtina edə bilməz. Dövlət vəzifəsini zəbt edib, qanunsuz kommersiya fəaliyyəti göstərib vətəndaşlara ziyan vuran bu şəxslər, ziyanı açıq-aşkar odəmək istəmirər. 8 aydır buldozer dayanıb, işləmir, bu bir tərəfə, müvəkkilim təmir şirkətinə gündəlik anbarda saxlama pulu ödəməlidir”, - vəkil bildirib. 


 


Deyəsən, məsələ aydındır. Qanunvericiliyə və beynəlxalq təcrübələrə görə, iri məmurların iş yeri yaratmaq səlahiyyəti yoxdur. Əks halda bu, inhisarçılığa yol aça bilər. Polis general-mayoru Ramiz Zeynalov isə hətta öz nəzarəti altında olan sahə ilə əlaqədar firma qurub, üstəlik düz-əməlli xidmət göstərmək fikrində də deyilFirmasının vətəndaşlara vurduğu zərərləri belə özünün əlaqələrini işə salaraq ört-basdır edə bilir.  

Ən pisi isə odur ki, Ramiz Zeynalov kimi insiharçı məmurlar iş adamlarına vurduğu zərərlərlə Prezident İlham Əliyevin iqtisadi dirçəliş strategiyasını da ya bilərəkdən, ya da şüursuz şəkildə tənəzzülə uğradırlar.

 

Qeyd edək ki, Ramiz Zeynalov 72 yaşını tamamlayıb. Uzun illərdir ki, yarı-rəsmi media qurumlarında onun təqaüdə göndəriləcəyinə, hətta göndərildiyinə dair xəbərlər dolaşır. Məsələn, 3 il bundan əvvəl Report saytı Ramiz Zeynalovun işdən çıxarılması barədə məlumat yaymışdı. Ölkənin bir çox media orqanları da “Report”a istinadən bu xəbəri tirajlamış və sürücüləri sevindirmişdi. Di gəl ki, 1994-cü ildən eyni vəzifədə oturan bu adamı indiyədək yerindən tərpətmək mümkün olmayıb. O isə bu toxunulmazlığından faydalanıb törədilən qəza və verilməyən cəza mühitindən geninə-boluna faydalanır.(ovqat.com) 

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam