Hazırlığın dekanı olanda Novruz Məmmədov 200-300 manat rüşvət alırmış... 
“Ən böyük məmurlar qarşımda diz çökürdü” deyən Baş nazir qonşularına niyə yalvarıb..? 

Yenixeber.org: Sözün düzü, bu gün verdiyi müsahibə ilə gündəmə gələn sabiq  baş nazir  (  2018-2019-cu illər ) Novruz Məmmədov barəsində  qısa məlumat vermək istəyirik. Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuraraq, Azərbaycan Pedaqoji Dillər İnstitutunun “Avropa dilləri” fakültəsinin fransız dili şöbəsinə qəbul olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib. İstər-istəməz ortaya sual çıxır. 2-ci kursda oxuyan Novruz Məmmədov necə Əlcəzairdə  tərcüməçi işləyə bilərdi..? 
Sonradan Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir. O illəri xatırlayan tələbələrdən biri deyir ki, mən  hazırlıqda oxuyanda  atam Novruz müəllimə 3 dənə yüzlük verib. 
İndi Novruz müəllim deyir ki, rüşvət söhbəti olanda ürəyim bulanır. Sonrakı illərdə 2 aprel 1997-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Ulu Öndərimiz Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir. 2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir. O, 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – "Fəxri Legion" ordeni ilə təltif edilmişdir. 2007-ci ildə Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Orden və medalları çox olduğu üçün siyahını uzatmaq istəmirik. 2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin, yəni Ramiz Mehdiyevin müavini təyin edilmişdir. 2017-ci il tarixindən  2018-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsində çalışıb. 21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilmiş, 8 oktyabr 2019-cu ildə öz ərizəsi ilə bu vəzifədən azad olunub. Yəni 1 il 6 ay ölkəmizin Baş naziri olub. 19 noyabr 2019-cu il tarixindən Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektordur. Evlidir. Üç övladı və nəvələri var. 
Bu adam bu günkü müsahibəsində deyir ki, əsas işim Nazirlər Kabineti işçilərinin maaşını artırmaq oldu. Və çox  nəzakətsiz formada deyir ki, mən Prezidentə məruzə elədim...O DA...razı oldu. Ritorikaya fikir verdinizmi....O DA... Müxbirin “Baş nazir olanda hansı mühüm məsələləri həll etdiniz” sualına Novruz Məmmədov heç bir cavab verə bilmir. 
Biz isə ona deyirik ki, cənab Novruz Məmmədov, televizorda meşələrdəki cır əzgilə vergi tətbiq edəcəyini deyəndən sonra xalq arasında MƏSXƏRƏ obyekti oldun. Sən tələb edirdin ki, kimlər meşədən cır əzgil yığsa, onlara dövlət vergisi tətbiq olunsun. Rəsmi tərcümeyi-halında  Novruz Məmmədovun 3 övladı olduğu göstərilir. Amma Novruz Məmmədov bu günkü müsahibədə oğlunun DİN-də çalışdığı, hazırda təqaüddə olduğunu, qızının isə XİN-in əməkdaşı və hazırda Nyu Yorkda səfirlikdə çalışdığını qeyd edir. Amma 3-cü övladından danışmır. Nə isə keçək əsas məsələyə. 
Novruz Məmmədov adını çəkməsə də Baş nazirin müavinlərindən birinin nazirləri aylığa oturtması barədə danışır, onu işdən qovduğunu bildirir. Novruz Məmmədov bilməyərəkdən, bəlkə də bilərəkdən dövlət idarəçiliyinə ciddi şəkildə toxunur. Biz inana bilmirik ki, Novruz Məmmədov kimi bir adam özbaşına belə bir ŞOK müsahibə verər. Deyəsən, Novruz Məmmədov yenə Ramiz Mehdiyevin dərslərinə gedir, ondan təlimatlar alır. Bütün bunları qoyaq bir kənara. Novruz Məmmədovun ən yüksək məmurların onun qarşısında diz çökməsini deməsi...lap gülüncdür... Novruz Məmmədovun qonşuları deyir ki, bu yazıq bir vaxtlar qonşuları köməyə çağıraraq deyirdi ki, ...ay qonşular, gəlin bu “qonağı” başa salın....10 ildən çoxdur gəlir-gedir...mən bunu başa sala bilmirəm...  
İndi özünüz nəticə çıxardın. Beləsinin qarşısında kim diz çökər..?
P.S. Novruz Məmmədova demək istəyirik ki, sənin milyon dənə Ramiz Mehdiyevin olsa da heç nəyə yaramaz. Ən yaxın dostun Qafar müəllimi Baş Nazir olanda unutmuşdun.(Gundelik-bakı.com)