1975-ci ilin xəritəsində anklavlar yoxdur -Paşinyanın HİYLƏGƏR PLANI
Ermənistanın Baş naziri Nikol Paşinyan 22 mayda keçirdiyi mətbuat konfransında Azərbaycanla sərhədlərin delimitasiyası və sülh prosesi barədə diqqətçəkən fikirlər səsləndirib. Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Baş nazir sərhəd probleminin SSRİ Baş Qərargahının 1975-ci ildə təsdiq etdiyi xəritələrə uyğun olaraq həll edilə biləcəyini söyləyib.
Yenixeber.org: “Düşünürəm ki, 1975-ci ilin xəritəsi gələcək demarkasiya işləri üçün əsas ola bilər və olmalıdır, çünki demarkasiya ilə bağlı 2022-ci il oktyabrın 6-da Alma-ata bəyannaməsi əsasında Praqada əldə edilmiş razılaşmalar bunu nəzərdə tutur”, - deyə Paşinyan bildirib.
Ermənistan baş nazirinin gündəmə gətirdiyi 1975-ci ilin xəritələri Azərbaycan üçün məqbuldurmu? Həmin xəritədə Azərbaycan əraziləri hansı formada təsvir olunub?
Mövzu ilə bağlı danışan tarixçi alim Qasım Hacıyev deyir ki, 1903-cü ildən sonra hazırlanan bir çox xəritələr Azərbaycanın xeyrinədir.
"Mən bu məsələləri çox yaxından izləyirəm. Ermənistanda ən hiyləgər siyasi fiqur məhz Baş nazir Paşinyandır. O, sözünün üstündə durmadan, qeyri-ciddi insandır. Xəritə məsələsinə gəlincə, Paşinyanı məcbur edirlər və o da danışır. Məncə, 1903-cü ildən müasir dövrə qədər olan xəritələr Azərbaycanın xeyrinədir. Ermənilər Moskvanın köməyi ilə torpaqlarımızı həm rəsmi, həm də qeyri-rəsmi şəkildə işğal edib. İndidə sülhə mane olmaq üçün hiyləgər gedişlər gedirlər. Məqsədləri sülh prosesini ləngitməkdir", - tarixdi deyib.
Q.Hacıyev vurğulayıb ki, 1975-ci ilin xəritələrində anklavlar göstərilməyib. Onun sözlərinə görə, Paşinyan demarkasiya və delimitasiya işlərini məhz həmin xəritələr əsasında, anklavlar istisna olmaqla aparmaq istəyir.
"İşlər 1990-1993-cu illərin xəritələri əsasında aparılsa, Azərbaycanın haqlı tələbləri yerinə yetiriləcək. Paşinyan son çarə olaraq 1975-c ilin xəritələrindən yapşıb. Çünki həmin xəritədə anklavlar, yəni Qazaxın 7, Naxçıvanın Kərki kəndləri əks olunmayıb. Ermənistan baş naziri özü də çox yaxşı bilir ki, həmin torpaqlar Azərbaycana məxsusdur. Məhz buna görə də Paşinyan bu ərazilər hansı xəritədə əks olunmayıbsa, onu irəli sürür. 1975-c ilin xəritəsi tanınmır. Ermənistan çox sayda mənasız xəritələr dərc edib".
"Azərbaycan dövləti Paşinyanın təklif etdiyi xəritə ilə demarkasiya və delimitasiya işlərini aparmağa razı olmaz. 1975-ci ilin xəritəsində anklavlar qeyd olunmayıb. Həmçinin, orada Ermənistanın xeyrinə olan bəzi nüanslar var. Məsələn, həmin xəritədə 2000-dən artıq toponim ermənilər tərəfindən dəyişdirilib. Ümumiyyətlə, 1975-ci ilin xəritəsi nə Azərbaycana, nə də digər dünya ölkələrinə məlumdur. Azərbaycan üçün həqiqi olan bütün xəritələr idealdır. Ermənilər indiyə qədər bir neçə xəritəni irəli sürüblər, ancaq sonradan onların da Azərbaycanın xeyrinə olduğunu anlayaraq yenidən mövqelərini dəyişiblər", - deyə tarix elmləri doktoru əlavə edib.(modern.az)