Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

PUTİNİN “VİDA SƏFƏRİ”... –Müəmmalı Krım-Mariupol səfəri nəyə xidmət edirdi?

Yenixeber.org: Ukrayna mətbuatında Putinin bu səfərini “vida səfəri” adlandırırlar. Ukraynada əmindirlər ki, Putin bir daha ən azından Mariupolu görməyəcək və bu dağıdılmış şəhərə səfər edə bilməyəcək. Çünki Ukrayna Ordusunun gözlənilən əks-hücumu nəticısində Mariupol da daxil olmaqla, Azov dənizi sahili boyunca bütün Ukrayna ərazilərinin işğaldan azad olunması planlaşdırılır və rəsmi Kiyev Rusiya bu ərazilərdən çıxmayana, yaxud zorla çıxarılmayanadək dayanmayacağını bəyan edir.

Səfərə gəlincə, bəzi şərhçilər Putinin Mariupolda olmadığını, kadrlardakı şəxsin isə onun “dublyoru” olduğunu, ya da həmin kadrların başqa yerdə çəkildiyini və montaj edildiyini iddia edirlər. Ən azından ona görə ki, müharibə başlayandan sonra buna bənzər montajlı səfər və görüşlər az olmayıb. Onların fikrincə, Putinin avtomobili idarə edərkən yayılan görüntülərinin gecə, qaranlıq vaxta təsadüf etməsi də bununla bağlıdır.



Məsələn, Dumanın sabiq üzvü və FTX polkovniki Gennadi Qudkov deyib ki, böyük ehtimalla Krımda və Mariupolda görüntülənən ya Putinin bənzəridir, ya da bütün bu görüntülər montaj edilib. Bu mülahizəni irəli sürənlər bir çox əlamətlərlə yanaşı, Putinin hətta öz nazirlərini qəbul edərkən belə onları masanın digər başında oturtması, hamı ilə məsafə saxlaması, gizlənməsi ilə izah edirlər. Krımda və Mariupolda çəkildiyi iddia olunan kadrlarda isə Putinin xeyli insanla yaxın təmasda olduğu görünür...

Digər bir qrup müşahidəçi isə görüntülərdəki adamın Putin olduğunu düşünsələr də, kadrların məhz Krımda və Mariupolda çəkilməsinə şübhə ilə yanaşırlar. Yaxud, hətta Putin Mariupolda olubsa da belə, onun öz təhlükəsizliyi ilə bağlı ABŞ-dan təminat aldığını, ən azından qarşı tərəfi xəbərdar etdiyini düşünürlər və bu zaman Co Baydenin Kiyev səfərilə paralellər aparırlar.

Bütün bunlarla yanaşı, əsas məsələlərdən biri odur ki, istənilən halda Putinin bu “yalan-gerçək” səfəri bir yandan Haaqa məhkəməsinin məlum qərarına reaksiya, digər yandan Çin sədri Si Cinpinin səfəri öncəsi “gövdə göstərisi” və nəhayət, Ukraynanın gözlənilən böyük əks-hücumundan qabaq Rusiyadakı millətçi-şovinist kəsimə və cəbhədəki Rusiya qüvvələrinə dəstək, ismarıc xarakteri daşıyırdı. Çünki doğrudan da artıq nəinki Kremldə, Rusiya ordusunda və onun rəhbərliyində, bütünlükdə Rusiya cəmiyyətində Ukraynanın xeyli vaxtdır elan olunan əks-hücumu ilə bağlı böyük narahatlıq, hətta qorxu var. Putin isə bu cür səfərlərlə həm cəmiyyəti, həm ordunu, həm də özünü “ürəkləndirmək” istəyir, eyni zamanda da Xerson, Baxmut, kimi birbaşa döyüş əməliyyatları gedən şəhərlərə səfər etmiş Volodimir Zelenskidən “əskik olmadığını” göstərməyə çalışır.


Lakin qeyd edək ki, məsələn, amansız döyüşlər gedən Baxmutdan fərqli olaraq, Mariupol cəbhə xəttindən 100 kilometrdən də artıq məsafədə yerləşir. Hələ ötən ilin may ayında böyük itkilər, dağıntılar, dinc əhalinin kütləvi qətliamı hesabına işğal olunan Mariupolda Rusiya qüvvələri xeyli vaxtdır ki, “təmizləmə” əməliyyatları aparırlar və sözsüz ki, burada sözügedən “yalan-gerçək” səfər öncəsi ən yüksək təhlükəsizlik tədbirləri görülüb. Odur ki, Putinin həm cəsarət, həm də motivasiya baxımından Zelenskiyə uduzduğu göz önündədir...

Hər halda bir şey dəqiqdir ki, Putinin bu reklamlı, montajlı, ümumilikdə müəmmalı səfərinin, bəyanatlarının və ümumilikdə özünün gələcək varlığının taleyi Ukrayna Ordusunun əlindədir. Və bu ordunun gözlənilən əks-hücumu uğurla başa çatarsa, Putinin sözügedən səfəri doğrudan da Ukrayna torpaqlarına vida səfəri kimi tarixə düşəcək.. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam