Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Firdovsi Əliyev vəzifəsindən pensiya yaşı çatmamış niyə azad edilib? -MÜƏMMA

bitmap-img6

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib.
Yenixeber.org: 61 yaşlı Firdovsi Əliyevin pensiya yaşı çatmamış vəzifəsindən azad edilməsi müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, baş verənlər Firdovsi Əliyevi də təəccübləndirib. Onun vəzifəsindən vaxtından əvvəl niyə azad edilməsi hələ də məlum deyil.
Ehtimal edilir ki, Firdovsi Əliyevin vəzifəsinin əlindən alınmasında nazir Muxtar Babayevin şəxsən rolu olub. Belə ki Muxtar Babayev vəzifəyə gəldiyi gündən etibarən ölkədə yaşıllıqlarla bağlı vəziyyət bərbad hala düşüb. Paytaxtda yerli icra orqanlarının yaşıllıqlara qənim kəsilməsi, ölkə ərazisində, xüsusən cənub bölgəsində "Qırmızı Kitab"a salınmış qiymətli ağacların müəmmalı şəkildə yoxa çıxması, baltalanması və bütün bunlara ETSN rəhbərinin göz yumması Muxtar Babayevin statusunu təhlükə altında qoyub. Hər baş verən yaşıllıq "cinayətində" ETSN səlahiyyətinin olmadığı görüntüsünü yaradır, günahı icra orqanlarının çiyninə yükləyir. Lakin hər kəsə məlumdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmadan ağacların köçürülməsi belə mümkün deyil. İddia edilir ki, Azərbaycanın yavaş-yavaş "beton cəngəlliyə” çevrilməsində birbaşa rolu olan Muxtar Babayev bu dəfə günahını Firdovsi Əliyevin üzərinə qoymaqla özünü təmizə çıxarıb, vəzifəsini qoruya bilib. 2004-cü ildən nazir müavini vəzifəsində çalışan Firdovsi Əliyevin vəzifəsinin öhdəsindən peşəkarlıqla gəldiyi, bu xəbərin hər kəs üçün gözlənilməz olduğu bildirilir. Hətta bir müddət əvvəl bir sıra saytlarda yaxın vaxtlarda "yerində olmayan" bir neçə nazirin vəzifəsindən azad ediləcəyi, onların arasında sabiq mədəniyyət naziri Anar Kərimovun və Muxtar Babayevin də olduğu bildirilmişdi. Həmin xəbərdən qısa vaxt sonra Anar Kərimov öz postu ilə vidalaşdı. Bildirilir ki, nazir müavini vəzifəsindən azad edilibsə, deməli, artıq Muxtar Babayev üçün də yol görünüb... Babayev bu sahəyə yad şəxsdir, buna nümunə kimi bir müddət əvvəl mediatur zamanı meşədə kabab çəkilməsinə şahidlik etməsini göstərmək olar. Doğrudur, Hüseynqulu Bağırovun da zamanında vəziyyət ürəkaçan olmayıb, amma bu həddə də olmayıb.(Pravda.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam