Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanlı Stalin, Çörçil və Ruzveltin həyatını necə xilas etdi? -VİDEO

Azərbaycanlı  Stalin, Çörçil və Ruzveltin  həyatını necə xilas etdi? -    VİDEO
Əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov haqqında, onun Böyük Vətən Müharibəsindəki peşəkarlığı və qəhrəmanlıqları haqqında təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarında da danışılır.
Yenixeber.org: Həmin dövrdə həmvətənimizin vaxtında məruzə etməsi sayəsində 1943-cü il 28 noyabr tarixində Tehran konfransı öncəsi SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Sui-qəsd cəhdi haqqında ilk dəfə ABŞ prezidenti Franklin Ruzvelt 1943-cü il 17 dekabr tarixində mətbuat konfransı zamanı geniş ictimaiyyətə məlumat verib.
Müharibə illərində Əsədov sovet kəşfiyyatının əməkdaşı və "Uzun sıçrayış" əməliyyatının iştirakçılarından biri olub. Azərbaycanın geosiyasi mövqeyi ilə əlaqədar olaraq regional kəşfiyyat əməliyyatlarında ölkənin təhlükəsizlik orqanları işçilərinə xüsusi rol ayrılırdı.
Məmmədhüseyn Əsədov 19 yaşı tamam olduqda Qırmızı Ordunun xüsusi təyinatlı hissələrindən birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlaqıdan sonra Baş Kəşfiyyat İdarəsi Əsədovu İrana ezam edib, belə ki, o operativ mühitə çox yaxşı hakim idi, bir neçə xarici dil bilirdi və geniş kəşfiyyat imkanlarına malik idi. 1942-1947-ci illərdə Məmmədhüseyn Əsədov SSRİ-nin İranda ticari nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
Həmin dövrdə İran Stalin, Çörçil və Ruzvelt arasında danışıqlar üçün ən uyğun yer olaraq seçildi. Konfransa hazırlıq tam ciddi məxfilik şəraitində aparılırdı. Müttəfiqlər təhlükəsizlik məqsədilə hətta İran tərəfə də bu barədə məlumat vermirdi. İran konfransın keçiriləcəyi yer haqqında yalnız konfransdan altı gün əvvəl, yəni 1943-cü il noyabrın 22-də məlumat aldı.
24 noyabr gecəsi Baş Komandanlığın üzvü, Baş Qərargah rəisi, Sovet İttifaqının marşalı Aleksandr Vasilevski Astaraya gəldi və burada onu Məmmədhüseyn Əsədov qarşıladı. Onlar daha sonra birlikdə İrana yola düşdülər. Stalinin göstərişinə əsasən Vasilevskinin gəlişinin əsas məqsədi anti-Hitler koalisiyasının liderlərinin görüşünə hazırlığın yoxlanılması və təhlükəsizlik məsələlərinə nəzarətdən ibarət idi.
Tehran konfransı öncəsi Əsədov alman kəşfiyyatının SSRİ, ABŞ və Böyük Britaniya rəhbərlərinə sui-qəsd hazırladığına dair məlumat aldı. Əsədov təkcə bu məlumatı alan deyil, həm də Stalin, Çörçil və Ruzveltə qarşı sui-qəsdin qarşısının alınmasında aktiv şəkildə iştirak edən ilk şəxslərdən idi.
Bu əməliyyatın keçirilməsindəki müstəsna roluna görə Məmmədhüseyn Əsədov eyni vaxtda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olundu.

Azərbaycanlı kəşfiyyatçının qəhrəmanlığı haqqında videoreportajı təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam