Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Vaqif Əliyev ailə biznesini Türkiyədən çıxarır və Asiyaya köçürür… -DE-FAKTO

SOCAR-ın sabiq Türkiyə təmsilçisi, Şirkətin Sərmayələr İdarəsinin sabiq rəisi və “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin keçmiş sədri Vaqif Əliyev ailə biznesini Azərbaycan və Türkiyədən çıxarmaqla məşğuldir…

Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirirlir ki, sabiq SOCAR rəsmisi artıq özünü Türkiyədə və Azərbaycanda əmin-amanlıqda görə bilmir. Buna görə də Vaqif Əliyev keçən ilin ikinci yarısından başlayaraq Türkiyədəki çox saylı biznes qurumlarını bağlayır və vəsaitləri xaricə çıxarır.

“SOCAR Türkiyə” şirkətinin sabiq rəhbərinin Türkiyədəki çoxşaxəli biznesi isə Vaqif Əliyevin yaxın-uzaq qohumlarının adına rəsmiləşdirilib. Son 6 ayda isə bu şirkətlər tədricən bağlanılır və yüz milyonlarla vəsait Türkiyədən çıxarılır.

Vaqif Əliyevin Hindistan və Qırğızıstanda yeni biznes strukturları qurduğu bildirilir.

Xatırladaq ki, Hindistan hazırda dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olaraq biznes aləmini özünə cəlb edir. Bundan əlavə Vaqif Əliyevin Hindistanda daha əvvəl də biznes qurumları və ortaqları olduğuna görə, onun bu ölkədə yerləşməsini daha da asnlaşdırır.

Qırğızıstan isə Vaqif Əliyev üçün orada fəaliyyət göstərən FETÖ qruplaşmasına görə maraq kəsb edir. Hazırda MDB məkanında Fətullah Gülən tərəfdarlarının az-çox aktiv olduğu ölkələrdən biri və bəlkə də birincisi Qırğızıstandır. FETÖ-çuların Qırğızıstandakı biznes şəbəkələri də geniş şaxəlidir bir çox sahələri əhatə edir. Ehtimal edilir ki, Vaqif Əliyevə Qırğızıstana sərmayələr qoymaq barədə göstəriş məhz FETÖ terror təşkilatının rəhbərliyi tərəfindən verilib. Buna baxmayaraq Vaqif Əliyevin əsas maraq dairəsinin Hindistan olduğu bildirilir. SOCAR-ın sabiq Türkiyə təmsilçisinin ofşor şirkətləri vasitəsi ilə bu ölkəyə böyük sərmayələr qoyulur.

Qeyd edək ki, Vaqif Əliyevi tanıyan digər mənbələr də bu məlumatları qismən də olsa təsdiqləyib.

Xatırladaq ki, Vaqif Əliyev uzun müddət SOCAR-ın xaricdəki sərmayələrinin maliyyələşdirilməsində iştirak edib. Bu illər ərzində Vaqif Əliyevin SOCAR-ın milyardlarla vəsaitini mənimsəməsi ilə bağlı yerli və Türkiyə mətbuatında çoxsaylı iddialar səsləndirilib. Onun “SOCAR Türkiyə” şirkətinə rəhbərlik etdiyi müddətdə həmçinin Türkiyədə və Azərbaycanda terror təşkilatı kimi tanınan FETÖ təşkilatına yardım etməsi ilə bağlı Türkiyə mətbuatında iddilar var. Məhz bu iddilara görə Vaqif Əliyevin “öz ərizəsi” ilə SOCAR-da tutduğu bütün mühüm vəzifələrdən azad edilib. Buna baxmayaraq, Vaqif Əliyevin qohumları və çox saylı FETÖ-çu kadrları hələ də şirkətdə çalışmaqda davam edirlər.(pia.az)

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam