Naxçıvandan Bakıya uçan təyyarə niyə qəzaya uğramışdı? –Dəhşətli aviaqəza ilə bağlı bilinməyənlər
Yenixeber.org: Bu qəza haqqında tarixçi Yadigar Sadıqlı sosial şəbəkədəki hesabında qeydlər paylaşıb.
“Hələ noyabrın 20-də təyyarənin heyəti jurnalda belə bir qeyd etmişdi: “Kondisioner sistemini yandıranda yağ yanığının qoxusu gəlir”. Kondisioner sistemi isə sol mühərriklə əlaqəlidir. Qoxu haqqında qeyd noyabrın 27-də təkrarlanır. Binə aeroportunun mütəxəssisləri səbəbi tapa bilmədikdə, noyabrın 30-da Moskvada yerləşən aviatəmir zavoduna teleqram vuraraq nümayəndə göndərmələrini istəyirlər”, o qeyd edib.
Y.Sadıqlı qeyd edibki, buna baxmayaraq təyyarənin istismarı davam etdirilib: “Dekabrın 5-də “Tu-134” Bakıdan Naxçıvana uçur. Həmin gün saat 17:52-də isə Naxçıvan-Bakı marşrutu üzrə havaya qalxdı. Uçuşun 86-cı saniyəsində sol mühərrikdə problem yaranır, gücü aşağı düşür. Bort mühəndisi isə tələsik qərar verərək sağ mühərrikin sıradan çıxdığını kapitana xəbər verir. Bir neçə saniyə sonra solmühərrikdən alov çıxır.
Onun sözlərinə görə, qəza nəticəsində təyyarədə olan 82 nəfərdən 52 nəfər həlak olur, 30 nəfər müxtəlif xəsarətlər alsa da, sağ qalır.
“Möcüzə nəticəsində yanğın baş verməyib, yoxsa qurtulan yəqin ki, olmazdı”, - Y.Sadıqlı vurğulayıb. “Azpolitika”